Baş mühasib

İşin təsviri

Bizim üçün ideal namizəd:

  • Maliyyə, mühasibatlıq və ya İqtisadiyyatın idarə edilməsi sahəsində ali təhsilli,
  • Mühasibatlıq sahəsində ən azı 5 illik iş təcrübəsi olan ( 3 ili idarəetmə olmaqla),
  • MS Office və mühasibatlıq proqramlarını yüksək səviyyədə biləndir,
  • İdarəetmə, ünsiyyət, işgüzarlıq, əməkdaşlıq baxımından yüksək bacarıqlara sahib olmalı,
  • Milli və beynalxalq uçot standartlarını bilməli,
  • Azərbaycan və rus dillərini yaxşı səviyyədə həm şifahi, həm də yazılı bilməlidir.

Hansı işləri görəcəksiniz:

  • Zavodun maliyyə/mühasibat və vergi üçotunun qurulması, aparılması,
  • Akkreditiv, bank qarantiyası, kreditlərin götürülməsi və s. Bank əməliyyatlarının aparılması (açılıb, bağlanması),
  •  Müəssisə tərəfindən həyata keçirilən bütün təsərüfat əməliyyatlarının mühasibat hesabında (həmçinin mühasibat üçotu registrlərində) düzgün əks etdirilməsi,
  •  Büdcə hazırlanması və xərclərə nəzarətin təmin edilməsi,
  • Maliyyə hesabatı və kredit əməlliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin
    Yekunları üzrə əməliyyatlarının üçotunun təşkil edilməsi,
  • Maliyyə məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.

Nə əldə edəcəksiniz ?

  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı,
  • Adekvat əmək haqqı və faəliyyətə uyğun bonus sistemi,
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəy,
  • Davamlı karyera imkanı,
  • Qanunvericiliyə uyğun sənədləşmə və həftə sonları istirahət imkanı.

Əlavə məlumatlar:

  • Əmək haqqı razılaşma əsasında 
  • Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə
  • İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00, 5 günlük iş həftəsi
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Baş mühasib” yazaraq [email protected] göndərilməsi xahiş olunur.