Risklərin İdarəedilməsi üzrə Regional Mütəxəssis (Bakı)

  • NBCO KredAqro
  • Elanın qoyulma tarixi: 06.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Problemli kreditlərin sağlamlaşdırılması və borcun qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
  • Məhkəmə qərarı olan işlərlə əlaqədar icra və probasiya şöbəsində müvafiq icra tədbirlərinin həyata keçirilməsinin təşkil edilməsi;
  • Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
  • Kredit vermə prosesi üzrə sənədləşməyə dair təkliflərin verilməsi;
  • Kreditlərin klassifikasiyasının düzgün aparılmasına nəzarət etmək və departament rəhbəri, o cümlədən kredit komitələrini müvafiq məsələ ilə əlaqədar məlumatlandırmaq;
  • Kredit itkilərinin minimallaşdırılması məqsədilə kredit audit proqramının sistematik olaraq yerlərdə icrasını təmin etmək;
  • Filiallara və baş idarəyə kredit risklərinin idarəedilməsi ilə əlaqədar təklif və tövsiyyələrin verilməsi;
  • Filiallardan problemli kreditlərə dair hesabatların alınmasını təmin etmək;
  • Filiallar, məhsullar və sektorlar üzrə risklərin təhlilini department rəhbərinə təqdim etmək; 
  • Filiallar, məhsullar və məbləğlər üzrə limitlərin müəyyən edilməsi üzrə təklif vermək, eyni zamanda limitlərə riayət olunmasına nəzarət etmək;

Tələb olunan keyfiyyətlər:

  • Ali təhsil; 
  • Bank və yaxud qeyri bank sahəsində qeyd olunan vəzifə üzrə ən azı 3 (üç) il iş təcrübəsi;
  • Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
  • Etibarlı sürücülük vəsiqəsi;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq; 
  • Müştərilərlə davranış etikası. 

İş şəraiti:

  • İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
  • AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
  • Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
  • Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.
  • Əmək haqqı 800 manat gross + aylıq bonus.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Regional Mütəxəssis) qeyd etməklə göndərmələri xahiş olunur.