Təcrübə Proqramı (Ödənişli)

İşin təsviri

Sizə nə təklif edirik?

  • Regiounun ən böyük logistik mərkəzində, peşəkarların əhatəsində təcrübə keçmək və çalışmaq imkanı;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək karyera qurmaq imkanları;
  • Fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək üçün əlverişli mühit;
  • Layihələrin idarə olunması (PMO)  sahəsində bilik və bacarıqlara yiyələnərək gələcək kariyeranızda böyük nailiyyətlər əldə etmək imkanı;
  • Təcrübə proqramını uğurla bitirən, namizədlərin Abşeron Logistika Mərkəzinin peşəkar komandasının bir üzvü, işçisi olmaq şansı.

Peşəkar komandamıza qoşulmaq üçün nələr lazımdır?

  • Ali təhsil - Yeni universitet məzunları (İqtisadi təhsilə üstünlük verilir);
  • Azərbaycan dili əla səviyyədə, İngilis dili yüksək səviyyədə, Rus dili arzuolunandır;
  • MS Offise proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə iş bacarığı;
  • Yüksək araşdırma və tədqiqat bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə, inandırma bacarıqları;
  • Gülərüzlülük, səliqəlilik və xoş görkəm;
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Aktiv, məsuliyyətli və nəticəyə işləmək bacarığı;
  • Davamlı olaraq nəticələr əldə etmək və şirkətlə birlikdə böyümək arzusu;
  • Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı. 

Təcrübə Proqramı hansı fəaliyyətləri əhatə edəcək?

  • Cari layihələrin təhlilində iştirak edəcək;
  • Logistik mərkəzin fəaliyyəti, prosesləri barədə məlumat sahibi olacaq.
  • Logistik mərkəz fəaliyyəti üzrə informasiya bazasında işləmək, 
  • Araşdırma və təhlillər aparmaq, təkliflər hazırlamaq.
  • Bazarın araşdırılması, mövcud rəqiblərin təqib və analiz edilməsi;
  • Layihə üzrə görüş və təqdimatların təşkili;
  • Dövri hesabatların hazırlanması və təqdim edilməsi;
  • Quruculuq yönümlü layihələrdə iştirak və təcrübə əldə edilməsi.

Peşəkar komandamıza qoşulmaq və karyeranızın inkişafına gedən yolda bizimlə birlikdə irəliləmək istəyirsinizsə CV-nizi 30 dekabr 2021-ci il tarixinədək mövzu hissəsində “Təcrübə proqramı - PMO” yazmaqla [email protected]  göndərməyiniz xahiş olunur