Pediatr

İşin təsviri

Part-time iş rejimi.

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Pediatriya üzrə azı 3-5 illik iş təcrübəsi;
  • Azərbaycan dilini mükəmməl, ingilis və rus dillərini yaxşı səviyyədə bilmək;
  • MS Office və Windows proqram paketlərindən istifadə təcrübəsi;
  • Demokrat, tolerant, səmimi olmaq, habelə iti, tənqidi və məntiqi təfəkkürə, yüksək erudisiyaya və yumor hissinə malik olmaq;
  • Şagird və valideynlərlə, məktəbin rəhbər, pedaqoji və yardımçı personalı ilə səmərəli ünsiyyətin qurulması sahəsində yüksək səriştəlilik nümayiş etdirmək;
  • Poliklinik sahəni bilən;

Öhdəliklər:

  • Həkimə müraciət edənlərə ilk tibbi yardım göstərir.
  • Kompleksdə tibbi sənədləri yaradır.
  • Xüsusilə qida blokunda və idman kompleksində sanitar-epidemik və gigiyenik normalara riayət edilməsiniə nəzarət edir.
  • Qida blokunda qidanın düzgün texnoloji üsulla hazırlanmasına, menyunun uşaqların yaşına və fizioloji tələbatlarına uyğun qurulmasına nəzarət edir.
  • Profilaktik peyvəndlərin olunmasına nəzarət edir, şagirdləri müayinədən keçirir, ibtidai siniflərdə sanitar dəstələrini yaradır.
  • İnfeksion xəstəliklərin profilaktikası üçün işçilərlə seminar təlimləri aparır.

Maraqlanan namizədlər (Word və ya PDF formatında) 1) sizin maraq və müvafiq vəzifəyə uyğunluq haqqında məktub (250-300 söz) və 2) cari CV şəkil ilə birlikdə təqdim etməlidirlər. Bu materiallar mövzu hissəsində iddia etdiyiniz vəzifənin adı (Pediatr) qeyd olunmaqla elektron ünvanına göndərilməlidir.

Yalnız seçilmiş namizədlər dəvət olunacaq. Qəbul prosesi müvafiq prosedura uyğun keçiriləcəkdir.

Son müraciət tarixi: 25 Dekabr 2021

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi tərəfindən digər vakansiyalar