Mühasib köməkçisi

  • Wentto
  • Elanın qoyulma tarixi: 05.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • E-taxes.gov.az ,stat.gov.az , e-gov.az portallarında məlumatların yoxlanması və qeydiyyata alınması;
  • Şirkətin bank hesablarında və ƏDV depozit hesablarında əməliyyatlar aparmaq,gəlir-xərc məlumatlarını müvafiq qaydada yeniləmək;
  • Şirkətin nəqliyyat vasitələrinə dair etibarnamələrin,BNA və DYP dair sənədlərin hazırlanması,yanacaq və digər servis əməliyyatlarının qeydiyyatının aparılması;
  • Sifarişçilər və satış ilə bağlı məlumatları hazırlamaq, hesab-fakturaları, qaimə-fakturaları ,partnyorlarla müqavilələri və digər xərc sənədlərini hazırlamaq (tərtib etmək);
  • Üzləşmə aktlarının tərtib edilməsi;
  • Baş mühasibin digər tapşırıqlarının yerinə yetirilməsi;

Tələblər:

  • Azərbaycan dilini səlis bilməli,xarici dil bilikləri üstünlükdür;
  • Xüsusi tələb:Xanım namizədlər müraciət edə bilər;
  • Yaş həddi: 22 — 30 yaş;
  • Ali təhsil (Maliyyə ,İqtisadiyyat və Mühasibatlıq sahəsi üzrə);
  • Microsoft Office, 1C, BTP proqramlarını normal səviyyədə bilməlidir,
  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
  • İşgüzar ünsiyyət və danışıqlar aparılmasını bacarmalıdır.

Müraciət qaydaları:

Müraciət etmək üçün CV-nizi elektron poçt ünvanına mövzu hissəsində - “Mühasib köməkçisi” yazıb [email protected] göndərə bilərsiniz. Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.