Anbardar

  • Novas Agro
  • Elanın qoyulma tarixi: 05.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Malın qəbulunu, qəbul edilən malların siyahı üzrə yoxlanılmasını və qəbul olunan malların anbarda nəzərdə tutulan zonalara yerləşdirilməsini təşkil etmək;
  • Sifarış tələbi əsasında anbardan mal çıxışını təşkil etmək;
  • Anbardakı malların qorunub- saxlanmasında  iştirak etmək.
  • Saxlama rejiminə əməl olunmasına riayət etmək
  • Daxil olan yüklərin qəbul edilməsi üçün yer hazırlamaq
  • Anbar əməliyyatlarının uçotunun aparılmasında iştirak etmək
  • Müəyyən edilmiş hesabatları tərtib etmək
  • Mal-material qiymətlilərinin inventarizasiyasının aparılmasında iştirak edir.
  • Müntəzəm olaraq şirkət üçün zəruri olan ərzaq, dəftərxana, təsərrüfat malları, texnika və mebel alınmasnda iştirak  etmək
  • İsrafçılıq və qeyri-təyinatı üzrə istifadənin qarşısını almaq üçün malların istifadəsinə nəzarət etmək.
  • Təhlükəsizlik texnikasının tələblərinə uyğun anbarın bütün sahələrində yükləmə-boşaltma işlərinin vaxtında aparılmasında operativ idarəetmə nəzarətini həyata keçirmək;
  • Anbar qalğına nəzarəti həyata keçirmək;
  • Aylıq stok sayımınında iştirak etmək, stokda olan çatışmamazlıqları müəyyən etmək və müvafiq hesabat hazırlamaq;
  • Malın hərəkəti ilə bağlı bütün əməliyyatları prosedurlar üzrə tələb olunan sənədlər əsasında icra etmək (qaimə, aktlar və.s.) və sənədləri arxivləşdirmək;

Namizədə tələblər:

  • Cinsi: Kişi
  • Yaş həddi: 25-40
  • Kompüter bilikləri: 1C, MS Office(excel,word)proqramları bilməli
  • Ali təhsil
  • Anbar sahəsində   ən azı 1 il iş təcrübəsi
  • Azərbaycan dilini səlis bilmək (Rus dili arzuolunandır)
  • Səbrli və gülərüz
  • Stressə davamlılıq

İş qrafiki: 08:30 - 17:30 

İstirahət günləri: Bazar

Əmək haqqı:  700 AZN 

-  Müraciət üçün CV formasını mövzu yerinə “anbardar” qeyd etməklə [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Vakansiyaya uyğun namizədlər növbəti mərhələyə dəvət olunacaqdır.

-  və ya  https://forms.gle/5GHyyXyXUqTcJnVJ9 onlayn olaraq forumu dolduraraq müraciət edə biləsiniz.

Telefon: +994 50 295 55 98