Baş Mühasib

  • Para BOKT
  • Elanın qoyulma tarixi: 02.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifələr:

  • Debitor və kreditorlarla hesablaşmaların uçotunun aparılması
  • Xərclərin tanınması metodlarını bilmək
  • Əsas vəsaitlərin uçotunun aparılması qaydalarını bilmək
  • Amortizasiya hesablanması qaydasını bilmək
  • İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi, sosial sığorta və digər tutulmaların hesablanması və ödənilməsi;
  • Əmək haqqı üzrə müxabirləşmələrin verilməsi və yoxlanması;
  • Məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi;
  • DSMF tərəfindən ödənilən müavinətlərin dövlət elektron sistemində işlənməsi;
  • İşçilərin əmək haqqı ilə bağlı suallarının vaxtlı-vaxtında cavablandırılması;
  • Vahid vergi bəyannaməsinin hazırlanması və təqdim olunması;
  • Əmək haqqı üzrə statistika hesabatlarının hazırlanması;
  • İşçilər üçün bank kartlarının sifarişi və əmək haqqı kartları ilə bağlı problemlərin həllində dəstək;

Tələblər:

  • Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində ali təhsil;
  • Müvafiq sahədə ən azı 3-5 il iş təcrübəsi;
  • Accounting F2, F3 imtahanları üzrə sertifikatlar
  • Microsoft Ofis proqramlarında xüsusilə Excel-də sərbəst işləmə bacarığı
  • Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər;

Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini "Baş mühasib" başlığı ilə elektron ünvanına göndərməkləri xahiş olunur.

Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.