Məhsulların yaradılması və idarəolunması üzrə ekspert

  • PASHA Insurance
  • Elanın qoyulma tarixi: 02.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və Öhdəliklər:

  • Agile komandaların birində müştəri yönümlü və keyfiyyətli məhsulların yaradılması və idarəolunması;
  • Agile yanaşması ilə çalışması və Scrum framework-a əsasən komanda üzvləri ilə birlikdə təşəbbüslərin həyata keçirilməsi;
  • Mövcud məhsullar üzrə təhlillərin aparılması və inkişaf etdirməsi;
  • Daima sığorta bazarı və sığorta məhsulları üzrə araşdırmaların aparılması və analitik təhlilin edilməsi;
  • Məhsullar üzrə portfellərin idarəolunması; məhsullar üzrə qiymətlərin və şərtlərin formalaşması;
  • Müvafiq əməkdaşlarla görüşlərin təşkil olunması, ideyaların müzakirəsi, tariflərin və şərtlərin hazırlanması, avtomatlaşmanın planlaşdırılması və müvafiq əməkdaşlara təqdimatların keçirilməsi;
  • Müştəri seqmentlərini və hədəf qruplarını müəyyənləşdirməsi.

Bilik və bacarıqlar:

  • Marketinq, Satış və/ya yeni məhsulların yaradılması və idarəolunması sahələrində təcrübə
  • Sığorta sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir
  • Minimum 2 il iş təcrübəsi 
  • MS Office proqramlar üzrə biliklər (Excel bacarıqlarına üstünlük veriləcəkdir)
  • Dil bilikləri: Azərbaycan – Əla, İngilis – Əla, Rus – orta 
  • Təhsil: Biznesin idarə edilməsi, Marketinq, İqtisadiyyat və ya digər uyğun istiqamət üzrə bakalavr və ya magistr pillələri üzrə təhsili
  • Marketinq/Biznes analitika/Bazar təhlili/Məhsulların yaradılması və idarəedilməsi üzrə biliklər 
  • Davranış bacarıqları: Güclü ünsiyyət və komanda ilə işləmək bacarıqları, təşəbbüskarlıq, İşdə innovasiyaları tətbiq etmək və analitik düşünmə və təhlil etmə bacarıqları, təqdimat etmə və yaradıcı düşünmə və problemləri həll etmə bacarıqları.

Son müraciət tarixi: 31/12/ 2021

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi ünvanına göndərin.

İşəgötürənin reytinqi