İşin təsviri
Vəzifə öhdəlikləri:
- IT İnfrastrukturun – server, iş stansiyaları, avadanlıq və proqram təminatınn fasiləsiz fəaliyyətini təşkil və təmin edilməsi;
- Virtual və fiziki serverlərin qurulması, idarə edilməsi;
- Şirkətin İT prosedur, qayda və siyasətlərinə müvafiq olaraq istifadəçiyə onun işlədiyi serverlərə uyğun icazə və səlahiyyətlərin verilməsi;
- Terminal serverlərin qurulması və dayanıqlığının təmin edilməsi;
- Backup&Restore sisteminin qurulması, mütəmadi olaraq test edilməsi, davamlı işləməsinin təmin edilməsi;
- Avtomatlaşdırılmış backup prosseslərinin yaradılması, avtomatik backup prosseslərinə müvafiq olaraq backup avadanlığının hissələrə ayrılması, backup avadanlıqlarının serverlərdə sazlanması, düzgün bölüşdürülməsinə nəzarət edilməsi;
- Server və storage-lərlə bağlı hardware və software problemlərinin yaranma ehtimallarını öncədən müəyyən edilməsi, qabaqlayıcı tədbirlərin hazırlanması;
- Bulud həllərin idarə edilməsi, mümkün avtomatlaşma həllərinin tətbiq edilməsi, kəsintisiz və əlçatanlığının təmin edilməsi;
- Server və iş stansiyalarına proqram təminatının yüklənməsi və serverdə sistemin konfiqurasiya olunması;
- Server və iş stansiyalarının proqram təminatının inteqrasiyasını təmin etmək;
- Server avadanlıqarı və server proqram təminatına texniki xidmətin göstərilməsində, baş verən nasazlıqların aradan qaldırılmasında iştirak etmək;
- Monitorinq və loqlamaların düzgün şəkildə aparılmasını təmin etmək, monitorinq nəticələrinə əsasən infrastrukturun inkişafı ilə bağlı təkliflər hazırlamaq;
- Server proqram təminatının işlək vəziyyətdə olmasını və təhlükəsizliyini təmin etmək;
- Sistemlərə girişlərin, sistem faylları və verilənlərə baxış və dəyişikliklərin təhlükəsizliyini təmin etmək və audit aparmaq;
- Sistemlərdə təhlükəsiz işi təmin etmək: məlumatlara icazəsiz girişlərin əldə edilməsi, sistem faylları və verilənlərin baxılması və dəyişdirilməsi hallarının qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini həyata keçirmək;
- Müasir tələblərə uyğun backup texnologiyalarını tətbiq etməklə verilənlərin etibarlı rezerv olunmasını təmin etmək;
- İstifadəçilərin qeydiyyatının aparılması (domain controller-də), user identifikasiya və parolların təyin edilməsi;
Tələblər:
- Kompüter Elmləri, İnformasiya Sistemləri üzrə bakalavr və ya magistr dərəcəsi;
- Azərbaycan, İngilis və Rus dili bilikləri (danışıq bilikləri, texniki sənədlərin oxunması);
- Şirkətin İT infrastrukturunun (serverlər, daxili şəbəkə) fasiləsiz işləməsinin təmin olunması
- Linux və Windows serverlərin idarə olunması üzrə bilik və təcrübəyə malik olmaq;
- VMware, Azure Backup, Azure Disaster Center və s. barədə biliklər.
- Storage-lər, Backup sistemlər barədə biliklər;
- HP, Dell serverlərlə, NAS serverlərlə iş təcrübəsi;
- Active Directory, DNS, DHCP, GPO idarə edilməsində bilik və təcrübəyə malik olmaq;
- Analitik təhlil etmə qabiliyyəti;
- Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri operativ həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq.
Səriştələr:
- Məsuliyyətli
- Şəxsi inkişafa meylli
- Pozitiv
- Özünütəşkiletmə qabiliyyəti
- Nailiyyət yönümlülük
- Etibarlılıq
- Dürüstlük
Əlavə məlumat:
- Əmək haqqı razılaşma əsasında;
- İş qrafiki: Beş günlük iş həftəsi
- İş yeri: Baki şəhəri, Qafqaz Business Center
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “Sistem İnzibatçısı” mövzusu ilə [email protected] http://[email protected]elektron ünvanına göndərə bilərsiniz.