Maliyyə Müdiri (Qubadlı)

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 30.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə aid tələblər:

  • Mühasibatlıq və ya maliyyə ixtisası üzrə tam ali təhsil (magistr dərəcəsi olması arzuolunandır);
  • Baş mühasib kimi ən azı 5 il iş təcrübəsi;
  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
  • Beynəlxalq mühasibatlığı bilməli (ACCA sertifikatı olması əlavə üstünlükdür);
  • MS Office, BTP, EVHF, SAP F1 hesabatlarını mükəmməl səviyyədə bilməli;
  • ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə yüksək səviyyədə çalışa bilməli;

İş haqqında məlumat:

  • Vergi, statistika və DSMF hesabatların hazırlanması;
  • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
  • Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
  • Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.

Çalışma qrafiki: Həftəiçi 5 gün, saat 09:00-18:00.

Çalışma yeri: Qubadlı.Yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına (“Maliyyə Müdiri (Qubadlı)” başlığı ilə) göndərə və ya www.azersunhr.com portalında vakansiyaya müraciət edə bilərlər.

İşəgötürənin reytinqi