Texniki İstehsalat Departamentinin Mühəndisi

  • SMTS
  • Elanın qoyulma tarixi: 25.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələb olunan iş Bacarığı:

  • Layihələrin araşdırılması, texniki hesabatın tərtibi, cizgi üzərində iş həcimlərinin təyini və istehsalat sənədlərinin yoxlanması.
  • Tikinti Norma və Qaydaların tələblərinə uyğun smetaların tərtib olunması.
  • Yerinə yetirilmiş Tikinti qurlaşdırma işlərinin (TQİ) icra aktlarının hazırlanması. Layihələr üzrə təqdim olunan aktların Sənədlərə Nəzarət və müəssisədaxili TQİ təsdiqi prosedurlarına uyğun olaraq düzgünlüyünün yoxlanması;
  • Texniki hesabatların tərtib olunması və eyni adlı sənədlərin yoxlanılması. Norma əsasında silinən materiallaırn həcmi ilə faktiki olaraq TQİ-yə sərf olunan materialların həcminin müqayisə hesabatının hazırlanması.

Tələb olunan təhsil və biliklər:

  • İnşaat sahəsində Ali təhsil (İnşaat fakultəsi/ İnşaat mühəndisi);
  • Texniki İstehsalat Departamentinin Mühəndisi olaraq inşaat sektorunda ən az 5 il (fasiləsiz) iş təcrübəsi olmalı;
  • Microsoft Office (Excel, Word), AutoCad proqramlarını əla səviyyədə bilməli;
  • Azərbaycan dilini əla səviyyədə bilməli;
  • İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, komandada işləmək bacarığı, diqqətli, məsuliyyətli, müstəqil olmalı.

Digər tələb və şərtlər:

  • Əmək haqqı 1500 – 2200 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
  • İş rejimi: 6 günlük iş həftəsi
  • Nahar şirkət tərəfindən verilir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) elektron ünvanına mövzu yerinə “Texniki İstehsalat Departamentinin Mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.