Biznesin İnkişafı üzrə Mütəxəssis

  • Payonix
  • Elanın qoyulma tarixi: 25.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 Öhdəliklər:

  • Satış məqsədlərinə nail olmaq
  • Müştəri artımını təmin etmək üçün istifadəçilərlə danışıqların aparılması və maraqlı imkanların yaradılması
  • Cavabların idarə edilməsi prosesinə nəzarət və kampaniya məlumatlarının yayılmasına kömək etmək
  • Biznes strategiyaları və tanıtım fəaliyyətlərinin hazırlanması və planlaşdırılması
  • Strateji marketinq təşəbbüslərini inkişaf etdirilməsi və izlənməsi üçün digər daxili komandalarla (məsələn, inteqrasiya və məhsul komandaları) əməkdaşlıq etmək
  • Kampaniyaların, keşbek və komissiya strategiyasının performansı və səmərəliliyi haqqında təhlil aparmaq və hesabatı təhvil vermək
  • İşgüzar görüşləri təşkil etmək və bilavasitə iştirak etmək

Tələblər:

  • Biznesin idarə edilməsi və menecmenti, maliyyə, sosial elmlər, marketinq və ya hər hansı digər əlaqəli sahədə bakalavr dərəcəsi
  • Satış, marketinq və tərəfdaşlığın inkişafı üzrə sahələrdə ən azı 2 il təcrübə
  • Punktual və dedlayn yönümlü
  • Güclü təqdimat və ünsiyyət bacarıqları
  • Mükəmməl hesablama bacarığı
  •  Microsoft Office proqramlarını (Excel, Word, PowerPoint) yüksək səviyyədə bilmək
  • Azərbaycan və rus dillərində səlis nitq bacarığı
  • İngilis dili biliyi üstünlükdür

 Əmək haqqı: Tələblərə uyğun sabit əmək haqqı + performans üzrə bonus sistemi.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini vakansiya başlığını qeyd etməklə göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

https://jobs.talhunt.az/atlacademy/631-biznesin+inkisafi+uzre+mutexessis