Əmək haqqı hesablanması üzrə aparıcı mütəxəssis

  • Superfon
  • Elanın qoyulma tarixi: 24.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş təcrübəsi: Sahə üzrə min. 2 il
Təhsil: Ali
Yaş həddi: 24 və ya üzəri

İşin təsviri: Əmək haqqı ilə bağlı olan bütün proseslərin icrası.

Vəzifə öhdəlikləri:

  • Şirkət əməkdaşlarının əmək haqqı, son haqq-hesab, xəstəlik kağızı, məzuniyyət, avans və digər qanunvericilik əsasında tələb olunan hesablama və tutulmaların icra edilməsi;
  • Əmək haqqı büdcəsinin müvafiq analizi və hesabatlılığının aparılması;
  • Əmək haqqı sistemlərinin analizi, optimallaşdırılması və inkişaf etdirilməsi;

Tələblər:

  • Əmək haqqı hesablanması qaydalarını bilməsi və bu sahədə təcrübə mütləqdir;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
  • MS Office (xüsusilə Excel)

Təminatlar: Əmək haqqı bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.İşçi nahar və korporativ nömrə ilə təmin olunur.

Müraciət qaydaları:

CV-nizi elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Əmək haqqı hesablanması üzrə aparıcı mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Son müraciət tarixi 15.12.2021

İşəgötürənin reytinqi