İnsidentlərin təhlili və araşdırılması şöbəsinə mütəxəssis/aparıcı/baş mütəxəssis

  • ABB ASC
  • Elanın qoyulma tarixi: 23.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Bankın baş ofisində və struktur bölmələrində monitorinq və yoxlamaların aparılması, nəzarət sisteminin gücləndirilməsi ilə bağlı təkliflərin verilməsi;
  • Bankın baş ofisində və struktur bölmələr tərəfindən aparılmış cari əməliyyatların qanunverciliyinə və daxili qaydalara uyğunluğunun yoxlanılması və yaranmış səhvlərin aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi;
  • Bankda nəzarət prosesini gücləndirən yeni alət və mexanizmlərin hazırlanması və tətbiqi;
  • Müəyyən məlumat bazaları əsasında təhlil və araşdırmalar aparmaq;
  • Yüksək riskli insidentlər üzrə araşdırmaların aparılması.

Bizim üçün ideal namizəd:

  • Ali təhsilli (Maliyyə, hüquq və iqtisadi sahədə);
  • İnduktiv və Analtik Təhlil  etməyi bacaran;
  • MS Office proqramlarında yüksək səviyyədə iş bacarığı olan;
  • Bankda minimum 1-3 il iş təcrübəsi olan;
  • Flexcube,Bİ,BPM və Telescope üzrə bilikləri olan;
  • Yüksək planlaşdırma və icra keyfiyyətlərinə malik olan şəxsdir.

Əgər axtardığımız ideal namizəd sizsinizsə CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “İnsidentlərin təhlili və araşdırılması şöbəsinə mütəxəssis/aparıcı/baş mütəxəssis” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

İşəgötürənin reytinqi