Maliyyə meneceri

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Əmlakın, öhdəliklərin və bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunun aparılmasına nəzarət etmək;
  • Maliyyə-uçot siyasətinin əsas istiqaməti olan likvidliyin qorunmasını təmin etmək;
  • Cəmiyyətin büdcəsinin proqnozlarının maliyyə baxımından yerinə yetirilməsini təmin etmək;
  • Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun təşkilini təmin etmək;
  • Maddi, əmək, maliyyə vəsaitlərinin qənaətli istifadəsi və Cəmiyyətin əmlakının qorunması istiqamətində tədbirlər görmək;
  • Cəmiyyətin maliyyə strategiyasını və onun maliyyə sabitliyinin təməlini hazırlamaq;
  • Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin analizi və bu fəaliyyətin maliyyə göstəricilərində təsvirini təmin etmək;
  • Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti üzrə təhlillər aparmaq;
  • Malların və xidmətlərin maya dəyəri və gəlirliliyin planlaşdırılmasını təmin etmək;
  • Gəlirlərin müəyyən olunmuş müddətlər çərçivəsində daxil olmasını təmin etmək;
  • Müqavilələr əsasında alınan malların və xidmətlərin dəyərinin vaxtında ödənilməsini təmin etmək;
  • Cəmiyyətin ödəmə qabiliyyətinin təmin olunması, gəlirliliyin artırılması, xərclərin azaldılması, həmçinin istifadə olunmayan maddi sərvətlərin əmələ gəlməsinin qarşısının alınması üzrə rəhbərliyə təkliflər vermək;
  • Cəmiyyətin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar barədə məlumatları hazırlayıb rəhbərliyə təqdim etmək.

Namizədə tələblər:

  • Ali iqtisadi təhsili;
  • Maliyyə sahəsində 5-6 il, menecer kimi ən azı 2-3 il iş təcrübəsi; 
  • MS Excel üzrə mükəmməl işləmə bacarığı;
  • Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə İngilis və Rus dili bilikləri;
  • ACCA, CIMA, CPA və ya bunlara ekvivalent olan beynəlxalq sertifikatların olması arzuolunandır.

Göstərilən tələblərə uyğun namizədlər aşağıdakı linkə keçid edərək saytının karyera bölməsindən qeydiyyatdan keçib müraciət edə bilərlər. 

https://azergold.az/karyera

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.