Xəzinədar

  • ABB ASC
  • Elanın qoyulma tarixi: 23.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiya aşağıdakı regionlar üzrə aktivdir:

  • Bakı
  • Ağsu
  • Cəlilabad 
  • Quba
  • Gəncə
  • Qax
  • Şəmkir
  • Balakən
  • Qəbələ

Görəcəyiniz işlər:

  • Filial müdiri və baş mühasibin iştirakı ilə  mövcud qanunvericiliyə uyğun  xəzinənin açılması və dəyərlilərin dövriyyə kassasına mədaxil edilməsi;
  • Gün ərzində xəzinə üzrə mədaxil məxaric, valyuta mübadilə əməliyyatlarının aparılması zamanı Azərbaycan Respublikası MB-nin qüvvədə olan normativ aktlarına və bankın daxili qayda və prosedurlarına riayət edilməsi;
  • Xəzinə mədaxil  və məxaric sənədlərini icra etməzdən əvvəl  onun tam doldurulması  və əməliyyata sərəncam verən , o cümlədən əməliyyatı aparan şəxslərin imzalarının mütləq qaydada olmasına təkrar nəzarət edilməsi;
  • Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması;
  • Bankın ona verdiyi əsas vəsaitlərdən: kompyuter, pulsayan avadanlıq  və bilavasitə iş prosesində istifadə etdiyi digər avadanlıqların işlək və saz vəziyyətdə saxlanılmadığı haqda şəxsi məsuliyyət daşıması.

Bizim üçün ideal namizəd:

  • Ali iqtisadi təhsili olan;
  • Komandada işləmək bacarığı olan; 
  • Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti olan;
  • Riyazi hesablama aparmaq qabiliyyəti olan; 
  • İşdə dəqiqlik və detallara fikir verməkvə yüksək məsuliyyət qabiliyyəti olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi  [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Xəzinədar(Bakı/Region adı) şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

İşəgötürənin reytinqi