Xəzinadar-Operator

  • AZAQROTAXIL MMC
  • Elanın qoyulma tarixi: 21.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri – Pirşağı qəsəbəsi

İşçiyə qoyulan tələblər:

  • Cinsi: Qadın; 
  • Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
  • Kompyuter bacarıqları: Microsoft Office, Internet Explorer, Logo Unity proqramları ilə işləmə bacarığı; 
  • Dil bilikləri: Azərbaycan dili - doğma, İngilis dili – yaxşı, Rus dili  -  yaxşı;
  • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
  • Ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini qəbul etmək;
  • Ödənilən vəsaitləri yoxlamaq və tələb olunan qaydada əməliyyatları həyata keçirtmək;
  • Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib etmək;
  • Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanılması və İşəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsi.

İş şərtləri:

  • Stabil iş;
  • AR ƏM əsasən rəsmiləşdirmə;
  • Əmək haqqı 500 AZN;
  • İcbari  sığorta;
  • İş vaxtı:  09.00 – 18.00 (həftə içi)
  • Koorporativ nömrə.

Maraqlananlar öz CV formalarını göndərə bilər (məktubun mövzu bölməsində Xəzinadar-Operator qeyd etmək  [email protected] mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.