Satış şöbə müdiri

  • Elanın qoyulma tarixi: 18.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Marketinq və satış sahəsində 5 ildən yuxarı idarəetmə təcrübəsi 

Təhsil: Ali (İdarəetmə və İqtisadiyyat sahəsində), Magistr dərəcəsi üstün tutulur

İşin Təsviri: Şöbə tərəfindən yerinə yetirilən fəaliyyətləri idarə edir.

Vəzifə öhdəlikləri: 

 

  • Bazar analizlərinin (mal növləri-qiymətlər-trendlər-dəyişimlər) mütəmadi və düz olaraq araşdırılması, fərqli kanallar ilə bu bilgilərin kontrol edilməsini həyata keçirmək;
  • Təyin olunmuş boş kateqoriyalarda və ya bazarda satış həcmi qazanıla biləcək araşdırmaların aparılmasını təşkil etmək və satışa nəzarət etmək;
  • Marka/məhsul performansını müşahidə edərək təhlil etmək;
  • Bazar dinamikasını, rəqibləri və rəqib məhsullarını təqib edərək, öz təklifləri ilə məruzə etmək;
  • Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketing fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunmasını təmin etmək;
  • Marketinq layihələrinin həyata keçirilməsi üçün digər departamentlər və struktur vahidləri ilə davamlı əlaqə saxlayaraq koordinasiyalı fəaliyyət göstərmək;
  • Fəaliyyəti ilə əlaqədar digər struktur bölmə vahidləri ilə koordinasiyanı təşkil etmək;
  • Marketinq Şəxsi Marka məhsuldarlığının idarə olunmasını təmin etmək;
  • Şirkətin məqsəd və hədəfləri istiqamətində çalışmaq;
  • Şöbə əməkdaşlarının fəaliyyətinə nəzarət və davamlı inkişaf etdirilməsinin təmini
  • Şirkət prinsiplərinə uyğun olaraq şirkətin şəxsi markalarının ümumi dövrüyyədə payını artırmağa xidmət etmək;
  • Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsini təşkil etmək;
  • Satış strategiyasının (İstiqamət üzrə) tətbiq planının hazırlanması və icrasına nəzarətin təşkili

Tələblər:

  • Aparıcı Şirkətlərdə 5 ildən yuxarı idarəetmə təcrübəsi
  • Marketinq, Satış,Ümumi və Strateji idarəetmə sahəsində təlim keçən sertifikat alanlara üstünlük verilir;
  • MS Word, MS Excel, MS PowerPoint, MS Visio, ERP proqramlar biliyi;
  • Azərbaycan və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Satış şöbə müdiri” yazmaqla [email protected] müraciət edilir.