Ekvayrinq şöbəsinin rəisi

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 16.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • POS terminalların proqram təminatı ilə təchiz edilməsinə, ticarət obyektlərinə quraşdırılmasına, monitoring və nəzarət edilməsinə, yaranan problemlərin araşdırılıb aradan qaldırılmasına nəzarət edilməsi;
  • POS terminallarla işin optimallaşdırılması üçün təkliflərin verilməsi;
  • Ticarət/iaşə obyektlərində POS terminallarının yerləşdirilməsi ilə əlaqədar Vergilər Nazirliyi ilə qarşılıqlı əməkdaşlığın aparılması və informasiya mübadiləsinin həyata keçirilməsi;
  • Şöbənin funksiyasından irəli gələn digər funksiyalarının icra edilməsi.

Tələblər:

  • Ali təhsil;
  • Sahə üzrə ən azı 4 illik iş təcrübəsi 
  • Əla səviyyədə Azərbaycan dili biliyi, orta səviyyədə inglis dili və rus dili;
  • Kompyuter biliyi: yüksək səviyyədə MS Office bilikləri;
  • Yüksək analitik qabiliyyət;
  • Təşkilatçılıq və rəhbərlik qabiliyyəti;
  • Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti;

Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] e-mail ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

İşəgötürənin reytinqi