Priva operatoru

  • Buta Agro
  • Elanın qoyulma tarixi: 11.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali və ya orta ixtisas təhsili;
  • Analoji sahədə minimum 3 il iş təcrübəsi;

Vəzifələr:

  • Bitkilərin qidalanma prosesini PRIVA istixana proqramı vasitəsilə idarə etmək;
  • Bitkilərin qidalanmasını damcı sistemi əsasında təşkil etmək;
  • İstehsalatda istilik qoruyucu və ya əksetdirici ekranlardan istifadə olunmasını təmin etmək;
  • İstixana bölmələrinin hər birində hava temperaturu və rütubətin ölçülməsi və tənzimlənməsini (aşağı istilik, yüksək istilik) təmin etmək;
  • Nəfəslik havalandırmanın saz vəziyyətdə olmasını, avtomatik açılması və bağlanmasını təmin etmək;
  • Hava dövriyyəsi, ventilyatorun qoşulması, söndürülməsi və daimi işlək vəziyyətdə olmasını təmin etmək;
  • Rütubətliyə nəzarət etmək və artıq istilikdən qorunmasını təmin etmək;
  • Təcili və fövqəladə hallar siqnallarının qəbul edilməsi və verilməsini təmin etmək;
  • Nasazlıqların aradan qaldırılması üçün tədbirlər görmək;
  • Avadanlıqların mütəmadi olaraq texniki baxışdan keçirilməsini təşkil etmək.

İş şəraiti:

  • İş qrafiki 1-6 günlər;
  • İş yeri: Zirə qəsəbəsi.

Göstərilən tələblərə uyğun olan namizədlər mövzu yerində “Priva Operatoru” qeyd etməklə CV-lərini [email protected] email ünvanına göndərə bilərlər.