Aparıcı Mühasib

  • Vepa Engineering
  • Elanın qoyulma tarixi: 11.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifəvə öhdəlikləri:

  • Vergi orqanları ilə yazışmalar
  • E-Qaimə fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı.
  • Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hesablanmalarının yoxlanılması və ödənişləri
  • Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
  • Gündəlik və aylıq hesabatların tərtib edilməsi
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
  • E-portal (E-Taxes,E-Gov) proqramı ilə mükəmməl işləmək bacarığı
  • Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
  • Vergi hesabatlarının (ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
  • DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
  • BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək.

Vəzifə üzrə tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadi)
  • Mühasibatlıq sahəsində ən azı 5 illik iş təcrübəsi (tikinti sahəsində təcrübəsi olması arzuolunandır)
  • Sahə üzrə qanunvericiliyin bütün tələblərini yüksək səviyyədə bilmək
  • Milli mühasibat uçotu mükkəməl səviyyədə bilmək
  • MC Ofis(Excell,Word) programlarında yüksək səviyyədə işləmək bacarığı
  • Riyazi hesablama aparma
  • Analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olma

İş şəraiti:

  • Həftə içi 5 gün (saat 09:00-dan 18:00-dək), şənbə bazar- istirahət günləri
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə.
  • Əmək haqqı 600-800
  • Korporativ nömrə şirkət tərəfindən təmin edilir. 
  • Stabil iş rejimi.

Əlavə məlumat: Xanım namizədlərə daha çox üstünlük veriləcək 28-35 yaş

CV-lərinizi göndərən zaman subject bölməsində Aparıcı Mühasib yazılması mütləqdir.