Əmlak məsələləri üzrə Koordinator

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Həftəlik plan və seçilmiş ərazi üzrə yeni məkan araşdırması; 
  • Hədəf meyarlarına uyğun olaraq ilkin seçim üçün məkanın yeriyərək araşdırılması;
  • Hər bir məkan üçün tam yoxlanış siyahısının/qiymətləndirmə siyahısının tamamlanması; 
  • Sənədlərin düzgün yoxlanılması və yoxlama siyahısına uyğun olaraq Qrup Rəhbərinə/ Əmlak məsələləri üzrə Mütəxəssisə təqdim edilməsi; 
  • Məkanla bağlı tapılmış yeni nəticələr barədə Qrup Rəhbərinə/ Əmlak məsələləri üzrə Mütəxəssisə gündəlik hesabatın verilməsi; 
  • Komanda üçün nəqliyyat qeydləri üzrə hesabatın təsdiqi və İnsan Resursları departamentinə göndərilməsi;
  • Potensial yerlərlə bağlı imkanların təhlilinə kömək etmək;
  • Yeni marketlər üçün təqdimatların hazırlanmasına kömək etmək;
  • Sahə və bazar biliklərini yeniləmək
  • Bütün icarə və kommersiya müqavilələri ilə bağlı proseslərə kömək göstərilməsi və menecerin təsdiqinin alınması.

Namizədə dair tələblər:

  • Bakalavr dərəcəsi;
  • Müvafiq sahə üzrə təcrübəyə malik olmaq;
  • Danışıqlar aparmaq və şəxslərarası münasibət üzrə yüksək səviyyədə bacarıqlara sahib olmaq;
  • Sürücülük vəsiqəsi və şəxsi avtomobilin olması mütləq şərtdir.

Qeyd: Maraqlanan namizədlər "Əmlak məsələləri üzrə Koordinator" başlığı ilə müraciət edə bilər.

Email: [email protected]

Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.