Həkim-psixoloq

  • Alphakids
  • Elanın qoyulma tarixi: 04.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələb olunan iş Bacarığı:

  • Uşaqların uşaqların psixi sağlamlığının bərpası və şəxsiyyətinin inkişafında olan pozuntuların korreksiyası yönümündə iş aparır,
  • Uşaqların şəxsiyyətinin harmonik inkişafına mane olan və yaxud onu çətinləşdirən cəhətləri aşkar edir;
  • Uşaqlarla psixoprofilaktiki və psixokorreksiya işlərini aparır və psixoloji məsləhətlər verir;
  • Həkim psixoloq müəllimlərlə birgə uşaqların fərdi keyfiyyətlərini nəzərə alan konkret proqram işləyib hazırlayır və onun həyata keçirilməsini təmin edir;
  • Uşaqların təlim-tərbiyəsi problemləri ilə bağlı bağçanın müdiriyyətinə, müəllimlərinə və valideynlərinə məlumat verir; 
  • Uşaqlarla ayrı-ayrılıqda təlim, inkişaf, həmyaşıdları ilə qarşılıqlı münasibətləri, özünütərbiyə məsələləri ilə bağlı məsləhətlər verir;
  • Tibb müəssisələrinin fəaliyyət istiqamətlərini və əhalinin sağlamlığının qorunmasını müəyyən edən normativ hüquqi aktlarını, “Təhsil haqqında”, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını, Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı; 
  • Əmək, ailə qanunvericiliyini, səhiyyə sahəsinə aid qanunvericilik aktlarını; 
  • Pedaqogika, sosial, yaş və uşaq psixologiyasını;
  • Gigiyenanın əsaslarını, uşaqların həyatının qorunması və onların səhhətinin möhkəmləndirilməsi işini; 
  • Təlim-tərbiyə işinin təşkilini; 
  • İnformasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini; 
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını, peşəkar ünsiyyət psixologiyasını bilməlidir.

Tələb olunan təhsil və biliklər:

  • Ali tibbi və ya orta-ixtisas təhsil;
  • 5 ildən 10 ilədək staj (arzuolunan bağça sahəsində) olmalı;
  • Azərbaycan və Rus dilləri əla səviyyədə bilməli;
  • Microsoft Office (MS Word, MS Excell) proqramlarını əla səviyyədə bilməli;
  • Komandada işləmək bacarığına sahib olmalı;
  • Yüksək ünsiyyət və analitik düşünmə bacarığı.

Digər tələb və şərtlər:

  • Yaş həddi:  25-40 AZN 
  • Əmək haqqı: 300-500 AZN
  • İş rejimi: həftədə 5 gün, 08.00-dan 17.00-dək
  • Nahar bağça tərəfindən təmin edilir.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerinə “Həkim psixoloq” yazaraq [email protected] göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.