İşin təsviri
Öhdəliklər:
- 10-12 nəfərlik Hüquqşünaslar komandasına rəhbərlik etmək, fəaliyyətin təkmilləşdirməsinə dair təkliflər vermək;
- Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının (qətnamə, əmr, qərar və s.) icrasını təmin etmək və nəzarət etmək, qərarlar ilə əlaqədar olaraq vətəndaşların qəbulunu həyata keçirmək,
- Məhkəmə qərarının qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq qanunla müəyyən olunmuş müddətdə və qanunvericiliklə nəzərdə tutulmuş bütün icra hərəkətlərinin (tədbirlərinin) həyata keçirilməsini təşkil etmək və təmin etmək;
- İcra işinin təşkili və aparılması ilə bağlı işlənilən reyestr və proqramlarda müəyyən edilmiş qaydada lazımi qeydlərin edilməsini təşkil etmək, təmin etmək və nəzarət etmək;
- İcra məmurunun məhkəməyə verilən müxtəlif təqdimatlarının Bankın maraqlarına uyğun təmin olunması ilə əlaqədar tədbirlərin həyata keçirilməsini təşkil etmək;
- Təminatlı işlərlə bağlı qiymətləndirmə və hərracların vaxtında keçirilməsi işini təşkil etmək və ona nəzarət etmək;
- Qüvvədə olan qanunvericiliyə əsasən, Məhkəmə, İcra Şöbələri və Hərrac Mərkəzlərində bankı təmsil etmək və bankın mənafelərini müdafiə etmək;
- Məhkəmələrlə iş üzrə daxil olan məktub, müraciət, şikayət, etiraz və digər sənədləri işçilər arasında bölüşdürmək, onlara baxılmasına, cavabların hazırlanmasına və digər müvafiq tədbirlərin görülməsinə nəzarət etmək;
Namizədlərə tələblər:
- Ali hüquqi təhsil;
- Müvafiq sahədə ən azı 3 il peşəkar təcrübə;
- Mülki, həmçinin bank qanunvericilyi sahəsində mükəmməl biliklərə sahib olmaq;
- MS Office proqramlarından istifadə etmə bacarığı;
- Azərbaycan və İngilis dillərində səlis nitq və yazışma aparma qabiliyyəti, Rus dilini bilinlərə üstünlük veriləcəkdir;
- Professional etika və müsbət şəxsi keyfiyyətlər;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- Hüquqi nitq və yazışma qabiliyyəti.
Əmək haqqı: 3000—5000 AZN
AR Əmək məcəlləsinə uyğun olaraq əmək müqaviləsi bağlanılır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini mövzu hissəsində vəzifənin adını (“Litigation Manager”) [email protected] email adresinə qeyd etməklə göndərə bilərlər.