Təchizat meneceri

  • AZEA Group
  • Elanın qoyulma tarixi: 03.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsil (maliyyə, logistika üzrə ixtisasa üstünlük verilir);
  • Azərbaycan dilini (şifahi və yazılı) əla bilmək. İngilis və rus dillərini bilmək əlavə üstünlükdür;
  • Satinalma sahəsində 1 ildən 3 ilə qədər iş təcrübəsi;
  • Kompüter biliyi: MS Office (Word, Excel);
  • Məsuliyyətlilik, qərar vermə və problem operativ həll etmək, təçhizatı planlaşdırmaq və təşkil etmək bacarığı;
  • Satınalma sənədlərinin hazırlanması təcrübəsi olmalı;
  • Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı olmalı;
  • Təchizat zəncirinin idarə olunması, satınalma prossesləri, habelə onların ümumi prinsiplərinə dair bilikləri olmalı.

Vəzifə öhdəlikləri:

  • Açılmış sifariş formalarının təhlili;
  • Alınan malların keyfiyyətinə nəzarət;
  • Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti şöbələrə sifarişlər verilməsini təmin etmək;
  • Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
  • Bütün satınalma işləri və təchizat üzrə sifarişlərin idarə və təmin edilməsi;
  • Sifarişlərə uyğun olaraq mal və xidmətlərin təchizatını həyata keçirmək;
  • Sifarişlərə və onların icra vəziyyətinə dair vahid baza yaradılmasını təşkil etmək;
  • Sərfəli kommersiya şərtlərinin əldə edilməsi üçün təchizatçılarla, habelə onlarla müqavilələri imzalamaq üçün danışıqlar aparmaq;
  • Alış sifarişlərində, müqavilələrdə düzəlişlər etmək;
  • Müqavilələri imzalamaqdan əvvəl müvafiq şöbələrlə birgə müqavilələri hazırlayaraq razılaşdırmaq;
  • Gündəlik sənədləşmə işlərini həyata keçirilməsini təmin etmək;
  • Məhsullar üzrə texniki məlumat və qiymət araşdırılmasını aparmaq;
  • Satın-alınan məhsulun hərəkətinin və sənədləşdirilməsini izləmək və təşkil etmək.

Peşəkar və şəxsi keyfiyyətlər:

  • Analitik və deduktiv düşünmə qabiliyyəti;
  • Bazarı təhlil etmək bacarığı;
  • Stressə davamlılıq;
  • Detallara olduqca diqqətli;
  • İnternet resursları, kataloq və portallarda axtarış bacarıqları;
  • Dəqiqlik, kommunikasiya və komandada işləmək bacarığı;
  • İşgüzar danışıqları aparmaq və təchizatçılar arasında düzgün seçim etmək bacarığı;
  • Verilmiş tapşırıqları vaxtında icra etmək, biznes ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
  • Qiymət metodları və strategiyaları haqqında biliklərə sahib olmalı;
  • Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti.

Əmək haqqı: 600 – 700 AZN (net);
İş qrafiki :Həftə içi 6 gün (bazar günü istirahət), 09:00 – 18:00 (13:00 – 14:00 nahar fasiləsi);
İş yeri: Bakı şəhəri, Azure Biznes Mərkəzi, 9-cu mərtəbə.

Email: [email protected]