Layihələrin idarəolunması sektorunun baş mütəxəssisi

  • AzerGold CJSC
  • Elanın qoyulma tarixi: 03.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Cəmiyyətin strateji, taktiki və investisiya planlarının hazırlanması və təhlil edilməsi;
  • Layihə planlama işlərinin həyata keçirilməsi;
  • Lahiyələrin inzibatçılığının xüsusi proqram təminatı vasitəsi ilə avtomatlaşdırılmasına rəhbərlik edilməsi;
  • Layihələrin büdcə və vaxt qrafiklərinin icra olunmasına nəzarət edilməsi;
  • Layihə üzrə aparılan işlərin Cəmiyyətin digər struktur bölmələri ilə koordinasiya edilməsi;
  • Layihələrin gedişatı haqqında rəhbərliyə dövrü hesabatların hazırlanması və təqdim edilməsi;
  • Maliyyə modellərinin hazırlanması və təhlili;
  • Cəmiyyətin maliyyə pozisiyasının təhlili və optimallaşdırma təkliflərinin hazırlanması;
  • Mədən sənayesi sektorunun təhlil edilməsi, bazar riski və imkanlarının qiymətləndirilməsi.

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi;
  • Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (səlis), Microsoft Office və digər proqramlar
  • Fərqli maliyyə alətlərinin işləmə mexanizmləri barədə ümumi bilik.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • İqtisadiyyat, maliyyə, mühəndislik ixtisasları üzrə ali təhsil;
  • PMP sertifikatı və yaxud  digər peşəkar təhsil sertifikatlarının olması;   
  • Minimum 3 il müvafiq sahədə iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər azergold.az saytın karyera bölməsindən qeydiyyatdan keçərək müraciət edə bilərlər. 

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi