Baş çörəkçi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Keyfiyyət və qida təhlükəsizliyi standartlarını çox yaxşı bilməli, şəxsi gigiyena prosedurlarına riayət olunmasını təmin etməli, həmçinin tabeliyindəki işçilərə aşılamalı;
  • Bütün növ çörəkləri və un məmulatlarını standartlara uyğun hazırlamaq;
  • Hazırlanmış məhsulların keyfiyyətini təmin etmək;
  • Bütün instruksiya və reseptlərin müvafiq şəkildə icra edilməsindən əmin olmaq. 
  • Ərzaq təhlükəsizliyi normaları, həmçinin mövsümi və yeni məhsullar haqqında ən yeni məlumatlara malik olmaq;
  • Gündəlik sifarişlərə nəzarət etmək;
  • Hazırlanan çörək və çörək məhsullarının standartlara uyğun qablaşdırılması və daşınmasına nəzarət etmək;
  • Tabe işçilərə, xüsusilə təcrübə keçən işçilərə və köməkçilərə nəzarət etmək;
  • Yeni məhsul çeşidləri, çörək və çörək məhsulları, undan hazırlanan məmulatların çeşidlərinin genişləndirilməsi ilə bağlı təkliflər vermək;
  • Bütün istismar avadanlıqları və ləvazimatlarını ehtiyatla istifadə edərək itkilər və tullantıların minimuma endirilməsinə nəzarət etmək;
  • Dequstasiya prosesinə hazırlığı həyata keçirmək;
  • Şöbənin fəaliyətini mükəmməlləşdirmək üçün daima yeni təkliflər etmək.

Tələb olunan bilik,bacarıq və təcrübə:

  • Aşpazlıq sahəsində müvafiq təhsil və ixtisaslı təlim-tədris müəssisələrinin sertifikatları.
  • Şirniyyat, çörəkbişirmə sahəsində ümumilikdə 5-7 il, idarəetmə vəzifəsində 1-3 il iş təcrübəsi;
  • Qonaqlarla və əməkdaşlarla sıx iş münasibətləri qurmaq;
  • MS Office proqramlarını bilməli;
  • Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı;
  • Yüksək işgüzarlıq qabiliyyəti və kollektivlə işləmək bacarığı;
  • Qonaqpərvərlik və restoran sektorunda təcrübəsi olan namizədlərə üstünlük verilir;
  • Azərbaycan dilini mükəmməl bilmək (ingilis və rus dili bilikləri əlavə üstünlükdür);

Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.

Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı (Baş çörəkçi) göstərilməklə göndərmələri xahiş olunur.

Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə salanılacaq