Baş mühasib

  • Technoil LLC
  • Elanın qoyulma tarixi: 02.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə funksiyaları:

  • Mühasibat komandası üzvlərinə iş bölgüsünün aparılması və nəzarət.
  • Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili və 1C proqramında işlənməsinin təşkili. 
  • Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatların və hesabatların göndərilməsi. 
  • Mühasibat , vergi uçotu və DSMF, Statistika ilə bağlı Bank və kassa əməliyyatlarına nəzarət və təsdiq mexanizmlərinin qurulması. 
  • Məlumatları 1C proqramına işlənməsi və sənəd dövriyyəsinin adekvat təmin edilməsi. 
  • ƏDV əməliyyatlarının, habelə ƏDV Depozit hesabının uçotunun və  əvəzləşmə hesablamalarının aparılması, gələn və gedən elektron qaimələrə nəzarət.
  • Beynəlxalq Maliyyə Hesabtları Standartlarına (İFRS) uygun olaraq Aylıq balans, mənfəət zərər, nəğd vəsaitlərin hərəkəti hesabatlarının hazırlanıb təqdim edilməsi. 

Vəzifəyə olan tələblər:

  • Mühasibatlıq sahəsində ən azı 5 illik iş təcrübəsi (istehsal təcrübəsi üstünlukdür).
  • Sahə üzrə qanunvericiliyin bütün tələblərini yüksək səviyyədə bilmək.
  • Milli mühasibat uçotu, əmək məcəlləsini və beynəlxalq standartlarını yüksək səviyyədə bilmək.
  • Mühasibatlıq proqramında işləmək bacarıqları (1C 8.3). 

Səriştələr:

  • Detallara qarşı diqqətlilik və məsuliyyətlilik.
  • Yaxşı analitik bacarıqlar.
  • Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları.

Əlavə məlumat:

  • İş qrafiki: həftə içi 5 gün (saat 09:00-dan 18:00-dək).
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə.
  • Əmək haqqı razılaşma əsasında. 
  • İş yeri : Sumqayıt şəhəri, Sülh küçəsi 76-cı məhəllə.
  • Nahar və korporativ nömrə şirkət tərəfindən təmin edilir. 

Ən son yenilənmiş CV-nizi “Baş mühasib” mövzusu ilə göndərə bilərsiniz. 

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır