SMM menecer

İşin təsviri

İş barədə məlumat:

  • Sosial media hesablarının idarə olunması;
  • Sosial şəbəkələr üçün hesabların analizi və inkişafı üzrə strategiyanın hazırlanması;
  • Komanda daxilində materialların toplanmasına nəzarət;
  • Müştərilər tərəfindən daxil olan sorğuları komandaya yönləndirmək, cavablandırılmasını və sorğular üzrə məlumatların verilməsini təmin etmək;
  • Sosial şəbəkələrdə reklam, aksiya və kampaniyaları yaratmaq və idarə etmək;
  • Kontentləri və səhifənin məzmununu daima inkişaf etdirəcək layihələri təklif etmək
  • Sosial media kampaniyalarının izlənməsi, datalarının saxlanması və fəaliyyətlərinin təhlili.
  • Foto və Video çəkilişlərin təşkili
  • Bütün layihələr üzrə hesabatların hazırlanması, nəticələrin təhlili.

Namizədə dair tələblər: 

  • Ali təhsil;
  • Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
  • Facebook Business Suite və Google ads. ilə işləmə
  • Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Sosial media planlama və idarəetmə təcrübəsi, sosial mediada aktivlik;
  • İngilis və rus dilləri üzrə biliklər üstünlükdür;

İş qrafiki : Həftə içi 5 gün ( 9.00-18.00)

İş yeri :  Nərimanov metrosu yaxınlığında, Turan Biznes Mərkəzi 2 (Albert Aqarunov 14A)

Müraciətinizi [email protected] email ünvanınaCV formasında müvafiq başlıqla göndərməyiniz xahiş olunur.