Lizinq üzrə Aparıcı mütəxəssis/Baş mütəxəssis/Menecer

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 01.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Hüquqi şəxs və fərdi sahibkarlar üçün nəqliyyat vasitələrinin, avadanlıqların və s. əsas vəsaitlərin lizinqi məhsulu üzrə işin qurulması;
  • Yeni müştərilərin cəlb edilməsi üçün aktiv marketinq təbliğatının həyata keçirilməsi və müştərilərə bankın lizinq məhsullarına dair məlumatın verilməsi;
  • Müraciət ərizələrinin qəbulu, müştərilərin təhlili, ödəmə qabiliyyətinin müəyyən edilməsi;
  • Müraciətlərin kredit komitəsinə təqdim edilməsi və müdafiəsi;
  • Lizinq portfelinin formalaşdırılması və idarə edilməsi;
  • Lizinq layihələri üzrə risklərinin qiymətləndirilməsi;
  • Portfelin keyfiyyətinə nəzarət edilməsi;
  • Lizinq məhsulu üzrə partnyorlarla işgüzar əməkdaşlığın qurulması və bu əlaqəlirin inkişafı edilməsi;
  • Müvafiq hesabatların hazırlanması.

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
  • İşdə dəqiqlik və detallara fikir vermək;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • Azərbaycan dilində sərbəst danışmaq və yazmaq bacarığı;
  • Müştərilərlə davranış etikası;
  • Korporativ dəyərlərə uyğun olmaq.

Email: https://hr.kapitalbank.az/?

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

İşəgötürənin reytinqi