İnformasiya Təhlükəsizliyi və Biznesin Davamlılığı üzrə işçi

  • FINCA Azerbaijan
  • Elanın qoyulma tarixi: 31.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Başlıca fəaliyyətlər:

  • Təşkilat üçün İnformasiya təhlükəsizliyi və davamlılıq üzrə yeganə rəsmi əlaqədar şəxs kimi çıxış etmək
  • İnformasiya təhlükəsizliyinin Təşkilatın biznes strategiyaları və tələbləri ilə davamlı inteqrasiyasını təmin etmək
  • Təşkilat daxilində Təhlükəsizlik və Davamlılıq Siyasətlərinin, standart və prosedurların həyata keçirilməsi prosesini asanlaşdırmaq və informasiya təhlükəsizliyinə dair yerli səviyyədə verilən tapşırıq və fəaliyyətlərin yerinə yetirilməsini təmin etmək
  • Təşkilat daxilində Təhlükəsizlik və Davamlılığa dair “Risk və Uyğunluq” Fəaliyyətlərini koordinasiya etmək və dəstəkləmək
  • Məlumatların Sızmasının Qarşısının Alınması ilə bağlı hadisələrə nəzarət etmək və bu barədə məlumat vermək
  • Zəifliklərin müəyyənləşdirilməsi və düzəldilməsi barədə əsas tərəfdaşlarla əməkdaşlıq etmək
  • Biznes Təsir Analizini (BTA) asanlaşdırmaq
  • Təhlükəsizlik hadisələrinin mütəmadi nəzarətini həyata keçirmək 
  • Layihə və Dəyişikliklərə Təhlükəsizlik və Davamlılıqla əlaqədar lazımi diqqəti göstərmək
  • Təşkilatda İnformasiya Təhlükəsizliyi və Davamlılığa dair məlumatlılıq və təlim proqramının həyata keçirilməsini koordinasiya etmək
  • Təşkilatın biznes bölmələri və infrastrukturu boyunca biznes və İT davamlılıq planını və fövqəladə hallardan çıxış cəhdlərini koordinasiya etmək
  • Təşkilatda İnformasiya Təhlükəsizliyi ilə bağlı hadisələrə reaksiyanı və bu barədə məlumat verilməsi prosesini koordinasiya etmək
  • Təyin olunan digər öhdəliklər

Tələblər:

  • Kompüter elmləri, kiber təhlükəsizlik, menecment informasiya sistemləri, biznesin idarə edilməsi və ya əlaqədar ixtisaslar üzrə bakalavr dərəcəsinə üstünlük verilir. Magistr dərəcəsi arzuolunandır.
  • Azərbaycan dilində səlislik tələb olunur. İngilis və rus dillərində biliyə üstünlük verilir. 
  • İnformasiya təhlükəsizliyi, risklərin idarə edilməsi vəzifəsi üzrə ən azı 1 illik rəsmi iş təcrübəsi, beynəlxalq səviyyədə olması arzuolunandır.
  • Mikromaliyyə və ya bank təşkilatlarında təcrübəyə üstünlük verilir.
  • ISO 27001, NIST, COBIT və PCI DSS kimi təhlükəsizliyə dair milli və beynəlxalq tənzimləyici uyğunluq standartları və çərçivələri barədə iş biliyi arzuolunandir. 
  • Beynəlxalq Sertifikat sahiblərinə (məsələn, CISSP, CISM, SANS GIAC, CBCI)  üstünlük verilir
  •  Təhlükəsizlik təminatçısı sertifikatları (məsələn, Cisco, TrendMicro, Splunk, Qualys) üstünlükdür

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı [email protected] email adresinə  (CV) 27 noyabr 2021-ci il tarixdən gec olmamaq şərtilə Subject/Mövzu hissəsində İnformasiya Təhlükəsizliyi və Biznesin Davamlılığı üzrə İşçi qeyd etməklə göndərə bilərsiniz. 

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi