Administrator Kassir

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mağazanın vaxtında açılıb-bağlanmasını təmin edir
  • Mağazada təmizliyə və səliqəyə nəzarət edir
  • Mağazada inzibati işləri idarə edir
  • Kassa əməliyyatlarını icra edir
  • Mağazada müştəri xidmətinin yüksək standartlarına uyğun xidmət göstərir
  • Günün yekun hesabatını aparır, təhvil veriləcək pulun mühafizəsini təmin edir, pulu və POS-terminal qəbzlərini aidiyyatı üzrə təhvil verir
  • Məhsulları  mağazaya qəbul edir və təftiş zamanı iştirak edir
  • Mağazada mövcud olan məhsulun, inventarın saxlanması və yerdəyişməsinə nəzarət edir
  • Qiymət etiketlərinin uyğunluğuna və mövcudluğuna nəzarət edir

Əsas tələblər: 

Təhsil:

  • Maliyyə/İqtisadiyyat və ya digər müvafiq sahədə Ali təhsil

Təcrübə:

  • Administrator - Kassir kimi 2-3 il iş təcrübəsi 

Professional Biliklər:

  • Kassa aparatı və Pos terminalın istismar qaydaları
  • Müştəri xidmətinin əsasları
  • Rus dilləri mükəmməl,  İngilis dili arzuolunandır
  • MS Office  və satış Proqramlarını  bilmək

Professional Bacarıqlar və Kompetensiyalar: 

  • Məsuliyyət
  • Detallara diqqət
  • Nizam-İntizam
  • Stressə davamlılıq

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Administrator Kassir” qeyd edərək göndərə bilərlər

İşəgötürənin reytinqi