Təmizlik işləri üzrə əlaqələndirici

İşin təsviri

Avropa Azərbaycan Məktəbi

Təmizlik işləri üzrə əlaqələndirici vəzifəsinə boş olan yer üzrə müsabiqə elan edir.

Əsas vəzifə və öhdəliklərə aşağıdakılar daxildir:
• Təmizlik işləri üzrə gündəlik əməliyyatların həyata keçirilməsi
• Məktəbin daxilinin və ətrafının təmizlik qaydalarına uyğunluğuna gündəlik nəzarət
• Məktəbin 10 nəfərdən ibarət təmizlik işləri üzrə komandasının işini əlaqələndirmək
• Təmizlik komandasının işinin monitorinqi və gündəlik tapşırıqların yerinə yetirilməsinin qiymətləndirilməsi
• Məktəbin təmizlik məqsədləri üçün lazım olan avadanlıq və əşyaların alınmasını təmin etmək
• Məktəb rəhbərliyinə işin gedişi barədə həftəlik və aylıq hesabat vermək

Müsabiqədə iştirak üçün namizədlərdən aşağıdakılar tələb olunur:

 Kompüter biliyi (Microsoft Word və Microsoft Excel proqramlarını orta səviyyədə bilmə)
 Azı üç illik müvafiq iş təcrübəsi.
 İngilis dilini elementar, rus dilini orta səviyyədə bilmə
 
Namizədlərdən tələb olunan əlavə keyfiyyətlər:

• Başqalarına fikrini aydın çatdırmaq məqsədilə, yazılı və şifahi nitq qabiliyyəti
• Problem həll etmə bacarığı
• Təşəbbüskarlıq və yeni ideyalar verə bilmə bacarığı
• Təşkilatçılıq və planlaşdırma bacarığı
• Qoyulan vaxta əməl etmə, verilən tapşırıqları vaxtında yerinə yetirmə bacarığı
• Həm müstəqil, həm də komanda üzvü kimi işləmə qabiliyyəti

Müsabiqəyə yalnız yuxarıdakı meyarlara uyğun namizədlər dəvət olunacaq. Meyarlara uyğun gələn namizədə yüksək əmək haqqı təklif olunur.
 
Maraqlananlar CV-lərini [email protected] elektron ünvanına göndərə bilər.
             

Sənədlər 15 oktyabr 2012-ci il tarixədək qəbul ediləcəkdir.

 

İşəgötürənin reytinqi