Direktor (yeni müəssisə üçün)

  • GM Construction
  • Elanın qoyulma tarixi: 21.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

- Müəssisəyə rəhbərlik etmək, onun siyasət və planını müəyyənləşdirmək və formalaşdırmaq;
- Müəssisənin ümumi fəaliyyətini istiqamətləndirmək və əlaqələndirmək;
- İstehsalat vahidləri, sex və başqa struktur bölmələrinin işini və onların bir-biri ilə səmərəli qarşılıqlı münasibətini təşkil etmək;
- İstehsalın yüksək inkişafı və təkmilləşdirilməsi sahəsində fəaliyyəti istiqamətləndirmək;
- Müəssisəni digər müəssisələrlə (dövlət orqanları da daxil olmaqla) müqavilə bağlanmasında təmsil etmək;
- Müəssisənin ixtisaslı kadrlarla təmin edilməsi, işçilərin bilik və təcrübəsindən səmərəli istifadə edilməsi, onların əməyi üçün təhlükəsiz və əlverişli şərait yaradılması, ətraf mühitin qorunması üzrə qanunçuluq tələblərinə riayət olunmasına şərait yaratmaq və s.

Bilməlidir:

- Müəssisənin aid olduğu sahənin iqtisadi və sosial inkişafına yönəldilən əsas istiqamətlərini müəyyən edən hökumət qərar və fərmanlarını;
- Yuxarı orqanların və müəssisənin profilinə aid olan digər təşkilatların qərar, sərəncam, əmr və göstərişlərini;
- Müəssisənin və sahənin texniki, iqtisadi və sosial inkişafı perspektivlərini;
- İdarəetmə metodlarını, müqavilələrinin bağlanılması və yerinə yetirilməsi qaydasını,
- İqtisadiyyatın, istehsalın, əməyin təşkili və idarə olunmasını;
- Qanunvericiliyin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

Tələblər:

- Ali təhsil;
- Müvafiq vəzifədə azı 7 illik təcrübənin olması mütləqdir.
- İstehsalat sexi (qapı-pəncərə, metal konstruksiya) üzrə ən az 5 illik təcrübə;
- Əcnəbi dil biliyi üstünlükdür (rus və ya ingilis).

İş rejimi - 6 günlük;
Əmək haqqı – müsahibə əsasında təyin olunacaq;
İş yeri: Abşeron rayonu, Məmmədli kəndi.

Göstərilən tələblərə uyğun namizədlər CV - ni (yalnız azərbaycan dilində) mailin mövzu hissəsinə mütləq “Direktor” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.