Bitki-Mühafizə üzrə Aqronom

  • AzGübrə
  • Elanın qoyulma tarixi: 21.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

• Azərbaycanda əkilib, becərilməsinə daha çox üstünlük verilən , kənd təsərrüfatı bitkiləri haqqında bilməli;
• Kənd təsərrüfatı bitkilərində başverən bütün növ xəstəliklərdən məlumatlı olmalı;
• Müxtəlif bitkilər üzrə gübrələrdən istifadə (vaxtında, düzgün qaydada və miqdarda) qaydalarını bilməli;
• Bütün növ xəstəliklərə uyğun (zərərverici həşəratlara , alaq otlarına, xəstəlik törədici mikroorqanizmlərə) kimyəvi vasitələrdən istifadə qaydasını bilməli;
• Bitki mühafizə üçün dərmanlar barədə korporativ təkliflərin hazırlanması, satışın planlanması;
• Bitki mühafizə üzrə dərmanlarla bağlı xarici şirkətlərlə danışıqlar aparılması, yeni əməkdaşlıqların qurulması;
• Mütəmadi olaraq, şirkət əməkdaşlarına bitki mühafizəsi ilə bağlı təlim keçiriməli;
• Korporativ müştərilərlə daima əlaqələr və görüşlərin keçirilməsi;
• Bazar tələbatına uyğun bitki mühafizə dərmanlarını nəzarətdə saxlamaq;
• Növbəti illər üçün bitki mühafizəsi ilə bağlı planlamanın hazırlanması;

Namizədə aid tələblər:

• İş təcrübəsi: Aqronomluq sahəsi üzrə 3-5 il (Bitki-Mühafizə üzrə olması mütləqdir);
• Aqronomluq sahəsi üzrə ali təhsil;
• Yaş həddi 25-45
• Dil bilikləri: İngilis dili mükəmməl səviyyədə, Rus dili biliyi üstünlükdür;
• MS Office, MS Outlook, 1C 8.3 (üstünlükdür);
• Diqqətli və məsuliyyətli, yüksək kommunikasiya bacarığı;
• Rayonlara ezam getmə imkanının olması;( ezamiyyə xərclıri şirkət tərəfindən ödənilir)
• Əmək haqqı : YÜKSƏK

İş Qrafiki: 6 günlük
İş yeri: Bakı şəhəri
Şirkət tərəfindən korporativ nömrə ilə təmin edilir.

Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını (Bitki-Mühafizə üzrə Aqronom) Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi [email protected] elektron ünvanına göndərin.

Yalnız qeyd olunan tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.