AzGübrə


AzGübrə şirkəti Azərbaycanda kənd təsərrüfatının inkişafına öz töhfəsini vermək məqsədilə, 2 fevral 2020-ci ildə fəaliyyətinin əsası qoyulmuşdur. Şirkət, Buta Trading MMC-nin bir layihəsi olaraq ərsəyə gəlmişdir.

Şirkətin yeni yaranmasına baxmayaraq, fəaliyyət əhatəsi genişləndirilmiş və xidmətlərinin çeşidliliyi ilə ölkənin aparıcı gübrə satışı mərkəzlərindən birinə çevrilmişdir.

AzGübrə-nin ilkin mağazası, ölkəmizdə kənd təsərrüfatı istiqamətində önəmli paya sahib olan Yevlax şəhərində, 28 fevral 2020-ci ildə açılmışdır. Daha sonradan şirkət öz mağaza sayını artıraraq, 7 regional bölgə başda olmaqla, 40 gündə 46 satış mağazasının açılışına nail olmuşdur.

AzGübrə şirkəti SOCAR, Eurochem, Rustavi Azot kimi yerli və beynəlxalq şirkətlərlə partnyorluq edərək daima fermer və kənd təsərrüfatı işçilərimizin yanındadır!

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?