Data analitikası üzrə mütəxəssis

  • Ferrum Capital
  • Elanın qoyulma tarixi: 21.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Hansı özəlliklərə malik olmalıdır?

• Ali təhsil (Riyaziyyat, Statistika, İqtisadiyyat sahəsi üzrə arzuolunandır);
• Statistik və ya riyazi modelləşdirmə sahəsində təcrübə, analoji sahədə ən azı 1 il iş təcrübəsi;
• Data analitakası və vizuallaşdırma bacarıqları;
• Təşəbbüskarlıq, operativlik, prioritetləri düzgün müəyyənləşdirmə;
• Riyazi və texniki məlumatları analiz etmək və dəyərləndirmək üçün analitik bilik;
• Excel və Python və ya / R və ya / SAS və ya / MATLAB – ın hər hansı birinin istifadəsi bacarığı;
• Məlumat strukturlarının, alqoritmlərin və riyazi problemlərin həlli üzrə bacarığı;

Data analitikası üzrə mütəxəssis nə iş görür?

• Müvafiq mürəkkəblik səviyyəsində qabaqcıl analitik modelləri inkişaf etdirmək və biznesin yaxşılaşdırılması üçün həll yolları təklif etmək;
• Biznesdə maraqlı tərəflərin sorğularını şərh etmək və biznes problemləri üzrə həll olunan məlumat bazaları hazırlamaq, uyğun metodologiyanı seçmək və düzgün istifadə etmək bacarığı;
• Məlumatları toplamaq və istifadəyə yararlı hala çevirmək;
• Davranış modellərinə əsasən bazarın və satışların, qiymətlərin və s. dinamikası üzrə proqnozlar tərtib etmək;
• Biznes problemlərini həll etmək üçün sürətlə təkmilləşdirilən modellərlə işləmək;
• Recommender systems, personalization, natural language processing, fraud detection, credit scoring kimi layihələrdə iştirak etmək

Əlavə məlumat:

• Bazar ertəsi – Cümə: 09:30 – 18:30
• Şənbə: 10:00 – 14:00

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Data analitikası üzrə mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi