Anbar üzrə nəzarətçi

  • Company
  • Elanın qoyulma tarixi: 20.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək haqqı: 700 AZN

Vəzifə öhdəlikləri (qısa təsvir):

• Anbara mədaxil və məxaric olunan malları yoxlamaq, qeydiyyatını aparmaq;
• Mədaxil-məxaric sənədlərinin dövriyyəsini, mal- material təhvili qaydaları üzrə sənədləşmə prosesinə riayət olunmasını təmin etmək;
• Anbarda olan mal və materialların təhlükəsizliyini və salamatlığını, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət olunduğunu təmin etmək;
• Bütün malların optimal şəraitdə saxlanılmasının və təslim etmə üçün hazır olmasının təmin etmək;
• Bütün anbar ərazilərinin təmiz olmasının və yüksək gigiyena standartlarına cavab verməsini təmin etmək;
• Anbarda saxlanılan məhsullar üçün müəyyən kompyuter məlumatlarının yaradılmasına və qorunub saxlanılmasına kömək etmək;
• Malların vaxtında və dəqiq uçotu və inventarizasiyasını aparmaq.

Namizədə olan tələblər:

• Ali təhsil:
• Müvafiq sahədə ən azı 2-3 il iş təcrübəsi;
• 1C, Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
• Güclü riyazi hesablama bacarıqları;
• Güclü ünsiyyət bacarıqları;
• Məsuliyyətli, məqsədyönlü, detallara diqqətli və çevik olmalı, təzyiq altında işləmə bacarığı.

İş şərtləri:

• İş rejimi - həftədə 5 günlükdür
• İş saatları - 09.00-18.00
• 1 saatlıq nahar fasiləsi
• Xaçmaz və yaxud ətraf rayonlarda yaşayan namizədlərə üstünlük veriləcək.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Anbar üzrə nəzarətçi” qeyd edərək CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.