Satış məsləhətçisi

İşin təsviri

Tələblər:

∙ Orta təhsil (Ali təhsil arzuolunandır);
∙ Azərbaycan dilini səlis bilməli (rus dilini bilməsi arzu olunandır);
∙ Müvafiq sahə üzrə ən azı 1 ilə yaxın iş təcrübəsi arzu olunandır;
∙ Aktiv, ünsiyyətcil və məsuliyyətli olmalı;
∙ Satış qabiliyyəti olmalı.

Vəzifələr:

∙ Əyani test edilməsi yolu ilə məhsulun işləmə üsulunu müştəriyə nümayiş etmək;
∙ Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatı vaxtında öyrənmək və tədbiq etmək;
∙ Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək;
∙ Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək.

Bizim kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

İşəgötürənin reytinqi