Satış məsləhətçisi (xanım)

  • Karaca
  • Elanın qoyulma tarixi: 20.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Mağazada mövcud olan hər bir məhsul çeşidi haqqında məlumatlı olmaq
• Müştəriləri brend, məhsul çeşidi haqqında məlumatlandırmaq və məhsul seçimində köməklik etmək
• “Müştəri xidmətləri” standartlarına uyğun xidmət göstərmək
• Mağazada məhsulun bütün çeşidlərinin mövcudluğuna nəzarət etmək
• Şirkət daxili nizam-intizam qaydalarına əməl etmək;

Namizədə tələblər:

• Aidiyyatı sahə üzrə iş təcrübəsi
• Minimal yaş həddi 25
• Müştərilərlə işləmək qabiliyyəti
• Azərbaycan dili (əla), rus dili (əla), ingilis dili arzu olunandır
• Ünsiyyətcil, təşəbbüskar
• Komandada işləmək bacarığı
• Nəzakətli, xoş görünüşlü və məsuliyyətli
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti

İş rejimi və əmək haqqı:

• Həftədə 6 gün, iş qrafiki növbəlidir
• Sabit əmək haqqı + satışdan faiz

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Satıcı” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.