Keyfiyyətə nəzarət şöbəsinin rəhbəri

İşin təsviri

Vəzifə öhdəlikləri:

• MKT-İK MMC tərəfindən idarə olunan pambıqçılıq əməliyyatları üçün əsas keyfiyyət zəmanəti agenti kimi fəaliyyət göstərmək;
• Effektiv əməliyyat keyfiyyətinin təminat prosedurlarını və keyfiyyət standartlarını təyin edib, onların effektivliyini, sənaye qaydalarına və bazar tələblərinə uyğunluğuna əmin olmaq;
• Pambıq çirklənməsinin qarşısının alınması və risklərin idarə edilməsi proqramını hazırlayıb həyata keçirmək;
• İstehsalat və emal sahələrinin əməliyyat prosedurlarına əsaslanan keyfiyyətə nəzarət üzrə təlim proqramlarının hazırlayıb təşkil etmək;
• Xammal və hazır məhsul komponent və spesifikasiyalarının keyfiyyətinə daimi nəzarətin təşkil olunması üçün keyfiyyətə nəzarət planı hazırlayıb tətbiq etmək;
• İstehsalat və emal sahələrinin prosedur effektivliyini qiymətləndirmək üçün əməliyyat prosedur qiymətləndirmə proqramını hazırlayıb təşkil etmək;
• Mütəmadi olaraq idərəetmə komandası və birbaşa rəhbərə xülasə və texniki hesabatları təqdim etmək;
• İstehsalat və emal prosesində məhsulun keyfiyyətinə təsir edən hadisələrinin təhlil etmək, araşdırmaq və profilaktik tədbirləri təşkil etmək;
• Yeni istehsal və emal əmaliyyatları, eləcə də innovativ təşəbbüslərin keyfiyyət strategiyalarını hazırlayıb tətbiq etmək;
• İstehsal və emal proseslərini yaxından müşahidə edərək, mövcud keyfiyyətə nəzarət təcrüblərini daima qiymətlədirərək, müvafiq şəkildə düzəliş və yeniliklərin təklif etmək.

Tələblər:

• İstehsalat, tekstil və ya kənd təsərrüfatı mühitində keyfiyyətə nəzarət üzrə ən azı 5 illik idarəetmə təcrübəsi;
• Ali təhsil (aidiyyəti sahə üzrə təhsil arzuolunandır);
• Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti;
• Texniki ingilis dili biliyi, rus dili arzuolunandır;
• Beynəlxalq təcrübəni öyrənmək, təhlil etmək və tətbiqinə nail olmaq bacarığı;
• Analitik düşüncə bacarığı;
• Regionlara səfər etmək imkanının olması.

Səriştələr:

• Məsuliyyətli
• Şəxsi inkişafa meylli
• Pozitiv
• Özünütəşkiletmə qabiliyyəti
• Nailiyyət yönümlülük
• Etibarlılıq
• Dürüstlük

Əlavə məlumat:

• Əmək haqqı razılaşma əsasında;
• İş qrafiki: Beş günlük iş həftəsi
• İş yeri: Baki şəhəri, Qafqaz Business Center
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “JS Keyfiyyətə nəzarət şöbəsinin rəhbəri” mövzusu ilə [email protected] elektron ünvanına göndərə bilərsiniz.

"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

MKT İstehsalat Kommersiya MMC tərəfindən digər vakansiyalar