İnteryer Dizayner

  • Araz Supermarket
  • Elanın qoyulma tarixi: 18.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

- Ali təhsil ;
- Müvafiq sahədə 1 ildən yuxarı iş təcrübəsi;
- MS Office proqramları (Word, Excel, PowerPoint, Outlook), Adobe PhotoShop, AutoCAD, 3ds Max (Corona, V-Ray), ArchiCAD (üstünlükdür);
- Müştəriyönümlülük, kommunikasiya, yaradıcılıq səriştəlikləri.

Vəzifə öhdəlikləri:

- Obyektə ilkin baxış keçirmək və ölçü vərəqəsində qeyd etməklə ölçü işlərini aparmaq;
- Yüksək keyfiyyətli 3D təsvirləri hazırlamaq;
- Memarlıq eksizlərindən ibarət olan Layihə paketinin tərtib olunması və hazırlanması prosesində iştirak etmək;
- Layihələri dizayn etmək, planlaşdırmaq və həyata keçirmək (təmirin gedişatına tam nəzarət etmək, layihənin həyata keçməsi ilə bağlı bütün prosesləri- materialların yığılması, işiqlandırmanın düzgün aparılması və s. işləri icra etmək);
- Dizayn edilən obyektlərin bütün dekorasiya materiallarını seçmək ( taxta lüstür,stol-stul, dekorativ materialların işləmələri, işıqlandırma və s.);
- Obyektin bütün tikinti materiallarının dekorasiyasını vermək.

Təminatlar:

- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti.

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “İnteryer Dizayner” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi