Maliyyə məsələləri üzrə mütəxəssis

  • Betta
  • Elanın qoyulma tarixi: 17.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

• Maliyyə məsələləri üzrə mütəxəssis Baş Direktora tabe olmalı və görülmüş işlər barədə onun qarşısında hesabat verməli.
• Azərbaycan Prezidentinin Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında qanununu və “BETTA” MMC-nin Təhlükəsizliyə giriş və ondan istifadə qaydalarını bilməli və işində tətbiq etməli.
• Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat hesabında düzgün əks etdirilməsini təmin etməli.
• Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etməli.
• Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasını təmin etməli.
• Müştərilərdən köçürmə yolu ilə şirkətin hesabına daxil olan ödəmələrin kompüter proqramına daxil edilərək, gündəlik bank qalığının yoxlanılmasına nəzarət etməli.
• Şirkətin fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını təşkil etməli.
• Şirkətin fəaliyyəti ilə əlaqədar digər strukturlarla əlaqələndirməni təşkil etməli.
• Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etməli.
• Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin köçürülməsini həyata keçirməli.
• Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamalı, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etməli, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirməli.
• Aşkar olunan nöqsanları mümkün olduğu halda dərhal yerində həll etməyə çalışmalı.
• Mühasibat məlumatlarını 1C bazasına vaxtı vaxtında işləməli, Vergilər Nazirliyinə və DSMF-na təqdim edilən bəyannamələr və hesabatların düzgünlüyünü yoxlamalı.
• Şirkətin fəaliyyəti ilə əlaqədar əməliyyatların aparılması və işlərin görülməsi ilə bağlı işəgötürənə vurduğu ziyana görə tam maddi məsuliyyət daşımalı
• Şirkətin maraqlarını əsas tutaraq, şirkətin maliyyə vəziyyətinin səviyyəsinin aşağı düşməsinə səbəb olacaq amillər barədə rəhbərliyi məlumatlandırmalı və həlli barədə məsləhətlər verməli.
• Icrası tələb olunan tapşırıqları vaxtında və düzgün həll etməli.
• Şirkətin məqsəd və hədəfləri istiqamətində çalışmalı.
• Şirkətin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin etməli.
• Fəaliyyətinə həvəslə yanaşmalı, yaradıcı, enerjili, intizamlı təşkilatçılıq, kommunikabellilik nümayiş etdirməli, peşəsi ilə bağlı yeni texniki biliklər və təcrübələr toplamalı, sosial, təşkilati və fərdi psixoloji ovqatı qavramağı bacarmalı.
• Şirkətin daxili nizam-intizam qaydalarına ciddi riayət etməli və işə davamiyyəti dəqiq olmalı.
• Şirkətlərlə bağlanan Müqavilələrinin, invoysların və digər maliyyə sənədlərin hazırlanması, yoxlanılması və nəzarət edilməsi
• Tender və Təchizat proseslərinində iştirak etmək və gedişi haqqında hesabatların hazırlanması
• Borcların təhlili və sifarişçilərlə borcların bağlanmasına dair qabağlayıcı tədbirlərin görülməsi
• Invoysların vaxtı vaxtında hazırlanması və təqdim edilməsi
• Əmək haqqının tabellər və digər qeydiyyat sənədləri ilə müqaisəsi və dəqiqliklə AR Əmək Məcəlləsinə uyğun hesablanması və növbəti ayın 5nə qədər köçürülməsi.

Namizədə tələblər:

- Ali təhsilli
- Ən azı bu sahədə 3 il təcrübəsi olmalı
- Microsoft Office proqramlarını əsasən də Excell proqramını yaxşı səviyyədə bilməli
- Diqqətli, məsuliyyətli olması və kollektivdə işləmə bacarığı olmalı
- Analitik düşüncəyə malik olmalı

İş şəraiti:

- İş rejimi - 5 günlük (09:00-18:00)
- Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir.

Maraqlanan şəxslər öz CV formalarını " Maliyyə Məsələləri üzrə Mütəxəssis " başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Betta tərəfindən digər vakansiyalar