Məhsul inkişaf etdirmə üzrə mütəxəssis (Ür Ge)

  • Green Tech
  • Elanın qoyulma tarixi: 14.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• İstehsalat planına və müştəri sifarişinə əsasən toxumların bölgələrdə əkimini təmin edir;
• Əkilən toxumların son məhsul mərhələsinədək izlənilməsini planlı şəkildə aparır, lazımi məqamlarda təkliflərini irəli sürür və tətbiq edir;
• Ehtiyac yarandıqda müştəri fikirlərini diqqətə alır və müştəri məmnuniyyətini təmin edir;
• Gözlənilməz situasiyalara qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı planlar hazırlayır;
• İstehsalat prosesində keyfiyyəti ön planda tutaraq yenilikçi fikirlərini irəli sürür, müasir texnologiyalara əsaslanan yeni layihələr təklif edir.

Namizədə olan tələblər:

• Ali təhsil (Aqronomluq ixtisası üzrə);
• Aqronom vəzifəsində ən az 3-5 il iş təcrübəsi;
• Mükəmməl Azərbaycan və İngilis dilləri bacarığı, Rus dili arzuolunandır;
• Yaradıcı və yenilikçi düşünmə bacarığı;
• Ünsiyyət qurma və inandırma qabiliyyəti;
• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək bacarığı.
• Bölgələrə ezam olunmaq imkanı.

İş şəraiti:

• Nahar, gediş-gəliş üçün nəqliyyat şirkət tərəfindən təmin olunur.
• İş yeri Binə qəsəbəsində yerləşir.
• Əmək haqqı namizədin iş təcrübəsinə əsasən təyin olunur.

Qeyd olunan tələblərə cavab verdiyiniz halda müraciət anketinizi [email protected] elektron ünvanına (mövzu hissəsində “Məhsul inkişaf etdirmə üzrə mütəxəssis” qeyd etməklə) göndərə bilərsiniz.