Filial Transformasiyası kateqoriyası üzrə baş mütəxəssis

  • ABB ASC
  • Elanın qoyulma tarixi: 14.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Görəcəyiniz işlər:

• Transformasiya proqramı çərçivəsində mövcud strateji layihələrin həyata keçirilməsini aidiyyati struktur bölmələr ilə birlikdə təmin etmək. Təşəbbüslərin həyata keçirilməsi zamanı üzə çıxan maneələri müəyyən etmək və onların aradan qaldırılmasını təmin etmək;
• Strateji layihələrin həyata keçirilməsi məqsədilə aidiyyati bölmələrə koordinasiya, təcrübə, ideya və məzmun dəstəyi vermək;
• Bankda gedən planlaşma və icra proseslərinə daim fərqli temp və keyfiyyəti gətirmək;
• Xüsusi hallarda müəyyən strateji layihələr üzrə sahibliyi aidiyyati struktur bölmələr ilə razılaşdırılmış halda öz üzərinə götürmək, belə layihələrin icrasına dəstək vermək;
• Layihələrdə ortaya çıxan maneələrin aradan qaldırılması üzrə aidiyyatı hesabat mexanizmlərini formalaşdırmaq.

Bizim üçün uyğun namizəd:

• Ali təhsilli (İqtisadi sahədə təhsil üstünlükdür);
• Layihələrin idarə edilməsi sahəsində 1-3 il iş təcrübəsi olan;
• Yaxşı səviyyədə MS Office proqramları biliyi olan;
• Xarici dil bilikləri (İngilis dili mütləqdir, rus arzuolunandır);
• Problem həll etmə bacarığı olan;
• Təqdimat və ünsiyyət bacarığı olan;
• Komandada işləmə bacarığı olan;

Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Filial Transformasiyası kateqoriyası üzrə baş mütəxəssis” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

İşəgötürənin reytinqi