Könüllü iş

İşin təsviri

“Vijn Fond AzərKredit” MMC İnsan Resursları Departamentinə Könüllü işinə dəvət edir.

Vijn Fond AzərKredit MMC (AzərKredit) 1996-cı ildə insanlara öz həyatlarını və rifahlarını idarə edə bilmələrini təmin etmək üçün kreditlərin verilməsi məqsədilə ümumdünya yardım və inkişaf təşkilatı olan Vörld Vijn Azərbaycan təşkilatının bir proqramı olaraq yaradılmışdır. 2003-cü ildə Azərbaycan Mərkəzi Bankının lisenziyasını alaraq Bank Olmayan Kredit Təşkilatı öz fəaliyyətinə başlamışdır. AzərKredit təşkilatının missiyası aztəminatlı insanların həyatlarında müsbət təsirə səbəb olacaq maliyyə xidmətlərinin təqdim edilməsidir. AzerKredit iqtisadiyyat və idarəetmə istiqamətləri üzrə təhsil alan və ixtisasları üzrə təcrübə qazanmaq istəyən yüksək potensiallı tələbələrin və istedadlı gənclərin axtarışındadır. Bu məqsədlə AzərKredit hal-hazırda ofisdə praktika keçmək məqsədi ilə tələbə və gənclər üçün İnsan Resursları Departamentinə Könüllü işinə dəvət edir. Xanım namizədləri aktiv olmağa çağırırıq.

Qəbul prosesinə qoşulmaq istəyən namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

• İqtisadiyyat və idarəetmə istiqamətləri üzrə bakalavr və magistr pillələrində təhsil alan tələbələr və ya universitet məzunları;
• Tez öyrənmə bacarıqları olmalıdır;
• Azərbaycan dilində mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları (İngilis dilini bilənlərə üstünlük veriləcək) ;
• Ofis proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı;
• Verilən tapşırıq və təyin olunmuş hədəflərə nail olmaq bacarığı;
• Eyni zamanda bir neçə tapşırıq və layihəni yerinə yetirmək bacarığı;
• Təşəbbüskarlıq və komandada işləmək bacarığı;

AzərKredit rəqabətli bir mühitdə fəaliyyət göstərir və təşəbbüskar, daim inkişafda olan dinamik şəxslər axtarışındadır. Yuxarıdakı tələblərə cavab verən maraqlı namizədlərdən xahiş olunur ki, CV-lərini və maraqlarını ifadə edən müraciətlərini 7 oktyabr, 2012-ci il tarixinədək təqdim etsinlər.

Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (İnsan Resursları Departamentinə Könüllü). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

E-ünvan: [email protected];
Faks:     (+994 12) 597 30 39;