Kamera müşahidə sistemlərinə texniki dəstək üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Monitorinq qrupunun iş fəaliyyətinin prosedura uyğun getməsinə nəzarət etmək
• Təhlükəsizlik sisteminə aid olan bütün kameraların görüntülərini daima təkmilləşdirmək
• Mütəmadi olaraq yerlərdə kameraların görmə bucaqlarını təkmilləşdirmək
• Digər şirkət tərəfindən xüsusi texniki və video avadanlıqların quraşdırması zamanı, quraşdırmaya nəzarətin həyata keçirilməsi və işlək vəziyyətdə olmasını təmin etmək
• Kamera yaddaş disklərinin dolmasına və sazlığına nəzarət etmək.
• Baş ofis və filiallarda təhlükəsizlik kameralarının quraşdırılması və dəstəklənməsi
• NVR/DVR quraşdırılması, sazlanması və optimizasiya edilməsi
• İP kameralarla şəbəkə bağlantısının qurulması və fasiləsizliyinin təmin edilməsi
• Xarici və daxili şəbəkə çıxışlarını təmin etmək və fəaliyyətinə nəzarət edilməsi
• İVMS yüklənən istifadəçi kompüterlərinə nəzarət və çıxan problemlərin həlli
• Kamera avadanlıqlarının (Hardware) quraşdırılması və avadanlıqlarda çıxan problemlərin həlli
• Daxili intizam qaydalarına əməl etmək
• Şöbə rəisinin digər tapşırıqlarını yerinə yetirmək.

Tələblər:

• Təhsil: Ali
• Müfaviq sahə üzrə minimum 3 il iş təcrübəsi
• Ofis proqramlarında sərbəst işləmək bacarığı
• Ünsiyyət qurmaq bacarığı
• Komanda ilə işləmək bacarmağı
• Məsuliyyətlilik, diqqət və dəqiqlik

Səriştələr:

• Məsuliyyətli
• Şəxsi inkişafa meylli
• Pozitiv
• Özünütəşkiletmə qabiliyyəti
• Nailiyyət yönümlülük
• Etibarlılıq
• Dürüstlük

Əlavə məlumat:

• Əmək haqqı razılaşma əsasında;
• İş qrafiki: Beş günlük iş həftəsi
• İş yeri: Baki şəhəri, Qafqaz Business Center
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “JS Kamera müşahidə sistemlərinə texniki dəstək üzrə mütəxəssis” mövzusu ilə [email protected] elektron ünvanına göndərə bilərsiniz.

"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.