Baş mühasib

  • Mirlex LLC
  • Elanın qoyulma tarixi: 13.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

- Vergi və statistik hesabatların hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq qurumlara təqdim olunması;
- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
- Bütün növ hesabatların (torpaq,ƏDV,ÖMV,Mənfəət,DSMF və s.) hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi;
- Bank və kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
- Pul vəsaitlərinin hərəkəti və maliyyə vəziyyəti haqqında aylıq hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Şirkətin maliyyə-iqtisadi idarə olunmasında aktiv iştirak etmək və ehtiyac duyduqda lazımi təklifləri irəli sürmək.

Əsas tələblər:

- Maliyyə, mühasibatlıq və ya digər aidiyyatı sahə üzrə ali təhsil;
- Mühasibatlıq sahəsində minimum 10 illik iş təcrübəsi;
- Rəhbər vəzifədə (Baş Mühasib olaraq) minimum 5 illik iş təcrübəsi;
- Rus dili biliyi arzuolunandır;
- MS Office (xüsusilə MS Excel) və 1C 8.3 proqramlarında sərbəst işləmək bacarığı.

İş yeri: Bakı şəhəri, Suraxanı r-nu
İş qrafiki: Həftədə 5 gün (saat 9:00-dan 18:00-dək)
Əmək haqqı: 2500 AZN

Vakansiya ilə bağlı müraciət üçün CV-nizi mövzu hissəsində “Baş Mühasib” qeyd edərək [email protected] ünvanına göndərməyiniz xahiş olunur.