Mühasib

  • Mirlex LLC
  • Elanın qoyulma tarixi: 08.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
• DSMF hesabatlarının, Statistika hesabatlarının hazırlanması və müvafiq qurumlara təqdim edilməsi;
• Mədaxil – məxaric orderlərinin yazılması;
• Bütün maliyyə əməliyyatlarının 1C mühasibat proqramında əks olunması;
• İşçilərin əmək haqlarının normativ sənədlər əsasında ödənilməsinin təmin edilməsi;
• Debitor və kreditor üzrə uçotun aparılması;
• Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsi;
• E-Qaimə və Vergi Hesab Fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatların aparılması;
• Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və reyestrlərdə düzgün əks etdirilməsinin həyata keçirilməsi.

Əsas tələblər:

• Ali təhsil (maliyyə, iqtisadiyyat və ya iqtisadiyyatla bağlı digər sahələr);
• Mövcud sahədə minimum 3 illik iş təcrübəsi;
• Vergi Məcəlləsi, müvafiq normativ-hüquqi sənədlər, Müəssisədaxili normativ sənədlərlə işləmək təcrübəsi;
• MS Office, Excel, Muhasibat 1C;
• Online kargüzarlıq və e- qaime portallardan istifadə etmə bacarığı;

Vakansiyaya müraciət üçün mövzu yerində “Mühasib” qeyd edərək CV formasının [email protected] elektron ünvanına göndərilməsi xahiş olunur.