Senior software engineer

  • Starex
  • Elanın qoyulma tarixi: 13.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

- İT proyektlerin reallaşdırılmasına dair proseslərin layihələndirilməsi və tətbiqi
- Layihələrin vaxtında və keyfiyyətli şəkildə icrasını və təhvil olunmasını təmin etmək üçün proqramlaşdırma komandası idarə etmək və yönləndirmək
- Komandada uyğun və əlverişli mühit yaratmaq, proseslərin icrasında Agile yanaşmanı tətbiq olunmasına nəzarət etmək
- Tapşırıqların düzgün icrası və monitorinqi üçün mexanizmlərin tətbiq edilməsi
- Mövcud layihələrin texniki dəstəyi və yeni layihələrin icrası üçün inkişaf planı hazırlamaq və tətbiq etmək
- Biznes tərəflə yaxın ünsiyyətdə olmaq, biznes tələbləri anlamaq və komandaya ötürmək
- Mürəkkəb və lazım gəldikdə digər tapşırıqların icrasında iştirak etmək
- Proqramçılara hər hansı problemlə qarşılaşdıqda həll edilməsində yardımçı olmaq
- Rəhbərlik tərəfindən tələb olunan hesabatları hazırlamaq
- Müasir texnologiyaları, yenilikləri və standartları daim öyrənmək, bilmək və davamlı şəkildə komandanın ümumi perfomansını artırmaq üçün tətbiq etmək
- İT xərclərin optimallaşdırılması və azaldılması üçün lazımi tədbirləri görmək
- Tələb olunan insan və ya texniki resursları dəyərləndirmək, həmçinin işəgötürmə prosesində iştirak etmək

Namizədə tələblər:

- Rəhbər vəzifədə azı 3 illik iş təcrübəsi, kommersiya və logistika tipli layihələrin idarə olunması əlavə üstünlükdür
- Proqramlaşdırma sahəsində azı 5 illik iş təcrübəsi mütləqdir
- Yazılı və şifahi ünsiyyətin yüksək səviyyədə olması
- İnformasiya texnologiyalarında mövcud standartları, İT layihələndirmə və idarəetmə alətlərini bilmək
- DevOps, Cİ/CD, Versioning, Jira və digər uyğun alətlərlə/texnologiyalarla iş təcrübəsi və ya baza biliklər
- Django/Python, PHP/Laravel, Flutter, React və digər oxşar texnologiyaların istifadə olunduğu layihələrin idarə etdilməsində təcrübə
- İrihəcmli verilənlərə/trafikə malik layihələrin aparılması, genişləndirilməsi
- Alqoritm və data strukturları üzrə baza biliklər mütləqdir
- Ödəniş sistemlərinin (daxili və xarici) qurulması və inteqrasiya edilməsi təcrübəsi
- Kompüter elmləri və ya digər uyğun ixtisas üzrə təhsilin olması əlavə üstünlükdür

Əmək haqqı: Müsahibə əsasında

İş qrafiki : Həftədə 5 gün

Nahar şirkət tərəfindən təmin olunur;

Qeyd: Müvafiq sahə üzrə yalnız təcrübəli namizədlərin müraciət etməyi xahiş olunur. Namizədlərdən öz CV-lərini
müraciət edilən vakansiyanın adı qeyd olunmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

İşəgötürənin reytinqi